İngiltərə, İspaniya və Fransa arasında yeni mübarizə başladı
Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
UEFA Millətlər Liqasının 2026/27 mövsümünün final mərhələsinə ev sahibliyi etmək uğrunda İngiltərə, İspaniya və Fransa arasında rəqabət yaranıb.
İdman.Biz BBC-yə istinadən xəbər verir ki, İngiltərə Futbol Assosiasiyası turnirin həlledici oyunlarını təşkil etmək niyyətini UEFA-ya rəsmən bildirib.
İspaniya və Fransa futbol federasiyaları da analoji müraciətlə Avropa futbol qurumuna üz tutublar.
Final mərhələsi 2027-ci il iyunun 9-13-də keçiriləcək. Dörd komandanın iştirak edəcəyi turnirdə iki yarımfinal, üçüncü yer uğrunda görüş və final matçı baş tutacaq.
İngiltərə Futbol Assosiasiyası artıq mümkün stadionları müzakirə edir. Bununla belə, Londonun məşhur “Uembli” arenasının istifadəsi ilə bağlı qeyri-müəyyənlik var. Stadionda iyun ayında konsertlərin keçirilməsi nəzərdə tutulub.
İngiltərə indiyədək UEFA Millətlər Liqasının final mərhələsinə ev sahibliyi etməyib. Əvvəlki dörd turnir Portuqaliya, İtaliya, Niderland və Almaniyada təşkil olunub.
Maraqlıdır ki, UEFA adətən final mərhələsində iştirak hüququ qazanan ölkələrdən birini ev sahibi seçir. Buna görə də namizədlərin meydandakı nəticələri də əhəmiyyət daşıyacaq.
Baş məşqçi Tomas Tuxelin rəhbərlik etdiyi İngiltərə millisi qrup mərhələsinin son turunda Madriddə İspaniyanı 3:2 hesabı ilə məğlub edərək birinci yeri tutub.
İngilislər noyabrın 20-də keçiriləcək püşkatmada dörddəbir finalın səpələnmiş komandaları arasında yer alacaqlar. Onların mümkün rəqibləri arasında Belçika, Niderland, Danimarka və Norveç var.
İngiltərənin ev sahibliyi hüququnu qazanması 2028-ci ildə təşkil olunacaq Avropa çempionatı ərəfəsində ölkə üçün mühüm hazırlıq imkanı da yarada bilər. Həmin turnir İngiltərə, Şotlandiya, Uels və İrlandiyada keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 18 Noyabr 2026 01:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















