Icma.az
close
up
RU
Aqşin Yenisey: Son otuz beş ildə AYB adımı birinci dəfə siyahıya saldı, o da tutdurmaq üçün

Aqşin Yenisey: Son otuz beş ildə AYB adımı birinci dəfə siyahıya saldı, o da tutdurmaq üçün

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan Yazıçılar Birliyi (AYB) ətrafında yaranan qalmaqal yeni hüquqi mərhələyə keçir. Qurum rəhbərliyi bir qrup şair və yazıçının təşkilatla bağlı səsləndirdiyi tənqidi fikirləri qarayaxma kampaniyası kimi qiymətləndirərək, məsələ ilə əlaqədar hüquq-mühafizə orqanlarına müraciət edəcəyini açıqlayıb. AYB-nin yaydığı rəsmi mövqedə iddia olunur ki, son dövrlər bir sıra media və elektron resurslarda təşkilatın nüfuzuna xələl gətirməyə yönəlmiş, faktlara söykənməyən məlumatlar məqsədli şəkildə tirajlanır.

Məlumatda qeyd edilib ki, AYB Katibliyi bu işlərin və bu kampaniyanın “qədim və yeni təşkilatçıları” barədə yetərincə məlumatlıdır:

“ Adları hallandırılan ədiblərin sırasında Aqşin Yenisey kimi elə şəxslər də var ki, onlar heç vaxt birliyin üzvü olmayıblar. Guya həbsdə dünyasını dəyişmiş, Yardımlıdan olan Azad adlı AYB üzvü barədə məlumatlar yalandır. Saday Şəkərli ilə AYB arasında hər hansı məhkəmə çəkişməsi olmamışdır. Ramiq Muxtar və İlham Qəhrəman AYB-yə böhtan atdığına görə onlarla münasibətlər hüquq müstəvisində həll olunmuş, məhkəmənin hökmü ilə onların hər ikisi barədə cərimə tətbiq edilmişdir. Fəzail İsmayıl AYB aparatının işçilərinə şər atmış, əsassız fikirlərini sübuta yetirə bilmədiyinə görə üzvlükdən xaric edilmişdir.

Bildiririk ki, AYB üzvlüyünü tərk etmiş və yenidən birlik sıralarına qoşulmaq istəyən ədiblər də olmuşdur ki, AYB rəhbərliyi belə müraciətlərə daim humanist yanaşmışdır”.

"Sherg.az" xəbər verir ki, şair Aqşin Yenisey AYB xəbərdarlığına cavab olar belə deyib:

"Bu xəbərə həç təəccübləndim, həm də təəccüblənmədim..Təəccübləndim ki, mən Elza Seyidcahan o quruma üzv seçiləndən sonra orada baş verən hadisələr haqqında heç vaxt yazmamışam, danışmamışam. Yəni Elza xanım hamıdan əvvəl mənim ağzımı “tikdi”. Nə orada gedən ev davalarına qoşulmuşam, nə də təqaüdə görə rədd cavabı alıb, oradakılardan kiminsə haqqında tənqid yazmışam. Mənim adımı “Aqşin Yenisey də daxil olmaqla” ifadəsi ilə başlayan o repressiya ilərinin cümləsinə kim salıb, niyə salıb? Kimdən gəlib bu qaralama, ləkələmə əmri? Təəccüblənmədim ona görə ki, Yazıçılar Birliyinin “tarixini” bilirəm. O tarix ki, hamınız bilirsiniz: bizdən olmayanları tutdurmaq, sürgün etdirmək, güllələtdirmək. İndi sürgün etmək və güllələtdirmək dəbdən düşüb deyə məcbur tutdurmaqla kifayətlənirlər. Anlamırlar ki, vaxtilə kimi tutdurublarsa, sürgün etdiriblərsə, güllələtdiriblərsə, Azərbaycan ədəbiyyatı onu bağrına basıb. Son otuz beş ildə Yazıçılar Birliyi adımı birinci dəfə bir siyahıya saldı, o da tutdurmaq üçün...

Allahınız köməyiniz olsun!".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:33
embedMənbə:https://sherg.az
archiveBu xəbər 31 Yanvar 2026 23:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see291

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see290

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see280

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see250

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see241

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see231

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see227

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see198

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see196

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see191

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see173

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see161

İlham Əliyev bu gəncləri mükafatlandırdı SİYAHI

30 Yanvar 2026 16:40see154

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see154

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see151

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see150

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see149

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see147

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see143

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri