Icma.az
close
up
RU
AQTA bazarda elə nöqsanlar tapdı ki...

AQTA bazarda elə nöqsanlar tapdı ki...

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Kürdəmir rayonu, S.Şıxalıyev küçəsində fəaliyyət göstərən qida məhsullarının satışı bazarında yoxlama keçirib. 

Baxış zamanı bazarda texniki normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, bazarda qida məhsullarının satışı zamanı sanitariya norma və qaydalarına, gigiyena normativlərinə riayət edilmədiyi, həmçinin bazarda yerləşən ictimai iaşə obyektində sanitar-gigiyenik tələblərin gözlənilmədiyi müəyyən olub. 

Bazarda süd və süd məhsulları soyuducu avadanlıqlar olmadan, sanitar-gigiyenik tələblərə və temperatur rejiminə əməl edilmədən açıq şəraitdə saxlanılır. Həmçinin müşayiətedici baytarlıq sənədləri mövcud deyil. Həmin sahələrdə çalışan işçilər xüsusi geyim formasından istifadə etmir.

İctimai iaşə obyektində isə sanitar-texniki və sanitar-gigiyenik vəziyyət qənaətbəxş deyil, əsas və yardımçı sahələrdə müvafiq təmizlik işləri aparılmır, qida məhsullarının hazırlanması, mətbəx ləvazimatlarının yuyulması zamanı sanitar-gigiyenik qaydalar gözlənilmir, işçi müvafiq geyim formasından istifadə etmir.

Yoxlama zamanı həmçinin aşkar edilib ki, bazarda qida ilə təmasda olan şəxslərin ilkin və dövri tibbi müayinədən keçməsinə dair sənədləri yoxdur.

Faktla bağlı bazarın rəhbəri barəsində protokol tərtib edilərək inzibati məsuliyyətə cəlb edilib, nöqsanlar aradan qaldırılanadək bazar ərazisində yerləşən süd və süd məhsullarının satışı sahəsinin və ictimai iaşə obyektinin fəaliyyəti məhdudlaşdırılıb.

Gülər 
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:104
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 13 Mart 2026 18:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türk Dövlətləri Siyasətinə Dəstək Fondu qırğız dilində kitablar nəşr etdirib

29 Avqust 2026 17:51see275

Beşbarmaq: əsrlərin sirrini qoruyan müqəddəs dağ

28 Avqust 2026 15:04see266

İnfarkt üçün yeni təsnifat hazırlandı

28 Avqust 2026 17:20see258

Qiymətlər niyə yüksəlir? Hörmüz boğazının təsiri nə qədərdir, digər amillər hansılardır?

28 Avqust 2026 13:00see252

Fransa 44 fələstinlini Qəzza bölgəsindən təxliyə edib

28 Avqust 2026 23:21see251

Onlar üçün kiçik ailə biznesləri yaradıldı Fotolar

28 Avqust 2026 18:00see247

Bakıda Türkiyənin Zəfər Bayramı qeyd olundu

28 Avqust 2026 23:53see240

Cəmalanın 43 yaşı var...

28 Avqust 2026 21:07see239

Rusiya niyə qəsdən valyutasını zəiflədir?

28 Avqust 2026 20:06see238

Subayların sayı artır, biznes üçün YENİ BAZAR yaranır

28 Avqust 2026 15:40see228

Qardaşının pasportu ilə 15 günlük getdiyi ölkədə 33 il sonra tutuldu

29 Avqust 2026 03:52see212

Bu tələbələr təhsil kreditindən yararlana biləcək RƏSMİ

28 Avqust 2026 11:58see209

Yorğunluq və unutqanlığın səbəbi...

28 Avqust 2026 15:56see209

Pezeşkian: İran qonşu və region ölkələri ilə diplomatiyanı gücləndirməlidir.

29 Avqust 2026 03:52see207

“Mançester Siti”dən “Kristal Pelas”a 4 qol: Haland və Şerki dubl etdi VİDEO

29 Avqust 2026 01:33see207

“Siyasi iradənin nəticəsində Özbəkistan daha açıq ölkəyə çevrilib” Mirziyoyev

28 Avqust 2026 20:13see206

Sinir sistemini dəstəkləyən yeddi ən yaxşı meyvənin adı açıqlandı

28 Avqust 2026 21:28see202

Şənbə üçün nəzm

29 Avqust 2026 09:16see198

Milan A Seriyasında ardıcıl ikinci qələbəsini qazandı

29 Avqust 2026 01:42see196

Mədəniyyətlərin qovuşduğu məkan: “Alyans”da milli rəqs dərnəyi

29 Avqust 2026 14:31see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri