AQTA: Gürcüstandan gətirilən kəsimlik heyvanlar geri qaytarılıb
Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.
Zoonoz xəstəliklərə şübhəli heyvanların ölkəyə idxalının qarşısı alınıb.
Bu barədə "Yeni Sabah"a Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
“Aqrovest MT” MMC-in Gürcüstandan gətirdiyi 89 baş kəsimlik diri iribuynuzlu heyvan “Qırmızı Körpü”də kliniki və laborator müayinədən keçirilib. Pepperoni pizza
Aparılan nəzarət tədbirləri zamanı 4 baş heyvanda zoonoz xəstəliklərə şübhə yaradan əlamətlər aşkarlanıb. Həmin heyvanlarda yüksək hərarət, ümumi vəziyyətin zəifləməsi və davamlı müvazinət pozuntuları müşahidə olunub.
Mövcud risklər nəzərə alınaraq heyvanların ölkəyə idxalına icazə verilməyib və mənşə ölkəsinə geri qaytarılıb.
Bu mövzuda digər xəbərlər:Gürcüstandan gətirilən maşınların sayı azalıb
22 İyun 2026 17:56
Gürcüstandan Azərbaycana gətirilən kartofda parazitlər aşkarlanıb
04 Noyabr 2025 15:48
Gürcüstandan gətirilən kartofun içindən görün nə çıxdı
07 Dekabr 2024 18:35
Gürcüstandan gətirilən 24 ton kartof məhv ediləcək
04 Noyabr 2025 16:20
Baxış sayı:114
Bu xəbər 08 May 2026 12:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















