Icma.az
close
up
RU
AQTA idman qidalarının istehlakı ilə bağlı xəbərdarlıq edir

AQTA idman qidalarının istehlakı ilə bağlı xəbərdarlıq edir

Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Son illər sağlam həyat tərzinə marağın çoxalması fonunda idman qidalarına və bioloji aktiv qida məhsullarına (BAQM) olan tələbat əhəmiyyətli dərəcədə artıb. Sosial şəbəkələr və onlayn platformalarda bu məhsulların təbliği isə istehlakçı marağının daha da genişlənməsinə səbəb olub.

"Unikal" xəbər verir ki, bir çox hallarda istehlakçılar bu məhsulların təsir mexanizmi, potensial faydaları və tətbiq sahələri barədə kifayət qədər məlumatlı olmadan istifadə edirlər. Halbuki, bu cür məhsulların qəbulundan əvvəl tərkibi, təyinatı, istifadə qaydası və dozası, mümkün yan təsirləri və əks göstərişləri haqqında ətraflı məlumatın əldə olunması xüsusi əhəmiyyət kəsb edir. Əks halda, bu, bir sıra sağlamlıq risklərinə səbəb ola bilər. Bu risklərə ürək-damar sisteminə mənfi təsirlər, hormonal balansın pozulması, məhsulun tərkibində bəyan edilməmiş və ya icazə verilməyən maddələrin mövcudluğu ilə əlaqədar toksik təsirlər, eləcə də allergik reaksiyalar və həzm sistemi pozğunluqları aid edilə bilər. Eyni zamanda, məhsulun istifadəsinin fərdin sağlamlıq vəziyyəti ilə uyğunluğu mütləq nəzərə alınmalıdır.

Qeyd edək ki, idman qidaları və BAQM-ların etibarlı mənbələrdən əldə edilməsi önəmlidir. Bununla yanaşı, məhsulun etiket məlumatlarına, istifadə təlimatlarına diqqət yetirilməsi və yalnız dövlət nəzarətində fəaliyyət göstərən satış subyektlərindən alınması zəruridir.

Qida Təhlükəsizliyi Agentliyi istehlakçıları idman qidalarını və BAQM-ları əldə edərkən dövlət qeydiyyatından keçməsini yoxlamağa çağırır.

Agentlik tərəfindən bu sahədə nəzarət tədbirləri davam etdirilir, istehlakçıların sağlamlığının qorunması, keyfiyyətsiz və təhlükəli məhsulların dövriyyəsinin qarşısının alınması istiqamətində müvafiq tədbirlər həyata keçirilir.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://unikal.az
archiveBu xəbər 03 Aprel 2026 12:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see319

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see307

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see303

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see299

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see299

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see295

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see287

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see283

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see278

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see277

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see253

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see252

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see246

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see245

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see244

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see239

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see233

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see232

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see230

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see228
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri