Icma.az
close
up
RU
AQTA işinin öhdəsindən gələ bilmir, yoxsa gəlmək istəmir?

AQTA işinin öhdəsindən gələ bilmir, yoxsa gəlmək istəmir?

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son vaxtlar dönərdən zəhərlənmə hadisələrinin sayı artıb.

Cəld, ayaqüstü, qısa zamanda hazırlanan və nisbətən ucuz başa gələn dönərlə bağlı nəinki paytaxtda, eləcə də bölgələrdə vətəndaşlar problemlə üzləşirlər.
Qeyd edək ki, ötən il 9 nəfər Şəmkirdə dönərdən zəhərlənərək xəstəxanaya müraciət etmişdi. Bundan başqa toyuq dönərindən zəhərlənərək Zaqatala RMX-nın Təcili Yardım Şöbəsinə müraciət edənlərin sayı 40-a çatmışdı.

14-15 oktyabr 2024-cü il tarixlərində müxtəlif saatlarda ümumilikdə 21 nəfər olmaqla dönərdən zəhərlənmə şübhəsilə Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunmuşdu. Bugünlərdə isə Naxçıvanda dönərdən kütləvi zəhərlənmə olub. Naxçıvan şəhəri H.Əliyev prospektində yerləşən “Kassap Döner” dönərxanasında 17 nəfərin qidadan zəhərlənməsi barədə Naxçıvan Yoluxucu Xəstəliklər Mərkəzi PHŞ-dən Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə məlumat daxil olub. Məlumata əsasən, agentlik tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirilib.

Belə ki, şübhəli məhsulların toxunulmazlığı təmin edilib, dönərxananın fəaliyyəti dayandırılıb. Faktla bağlı araşdırma aparılır, nəticələri barədə ictimaiyyətə məlumat veriləcək. 

Bu da bir faktdır ki, dönər bir çox dünya ölkələrində istehlak edilir. Bəs ölkəmizdə dönər istehlakı zamanı zəhərlənmələrin qarşısını necə almaq olar? 

Məsələ ilə bağlı “Azad İstehlakcılar” İctimayi Birliyinin sədri Eyyub Hüseynov "Cebheinfo.az"-a bildirib ki, havanın isti keçməsi istənilən kimyəvi reaksiyanın güclənməsinə səbəb olan katalizatordur:

"Havaların isti keçəsi zamanı mallar da tez xarab olur, sıradan çıxır. Dönərxanalarda zəhərlənmələrin əsas səbəbini əsasən ətdə axtarırlar. Ətdən zəhərlənmələr çox nadir hallarda olur.

Ətdən zəhərlənmə halı olduqda pis qoxu verir, rəngi göyərir, ona heç heyvanlar da yaxın durmur. Ancaq  dönərxanalarda yararlılıq müddəti 4 saat olan mayonezlər saxlanılır. Onlar müəyyən mənfi temperaturda saxlanılmalıdır. Bundan başqa bu gündən sabaha saxlanılan dönərlər də təhlükəli ola bilər.

Təəssüflər olsun ki, dönərxanalarda monitorinqlər aparanda bu kimi amillərə fikir verilmir. Dönərlər bu gündən sabaha qalmamalıdır. Sabaha qalan dönər soyuducuda saxlasan belə, o artıq çirklənmiş hesab olunur. Ona görə də elə etmək lazımdır ki, sabaha dönər qalmasın. Dönərdən zəhərlənmə halları illərdir ki, davam edir.

Bu gün AQTA işinin öhdəsindən gələ bilmir. Elə bir sənəd hazırlanmalıdır ki, bu dönərxanalarda olmalıdır. İstehlakçılar da bilməlidir ki, bu sənəd olan dönərxanadakı dönər təhlükəsizdir. Lakin hələ o sənəd də hazır deyil. Bişən dönərə o sənədin aid olub-olmadığı da başqa bir problemdir. 

Ona görə mükəmməl üsul tapılmalıdır ki, dönərxanalarda zəhərlənmə halları minimuma ensin. Bu proses davam edəcək. Bunun da əsas səbəblərindən biri odur ki, AQTA-nın cəld yoxlama imkanları yoxdur.

Onlar planlı yoxlama həyata keçirirlər. Öncədən deyirlər ki, "sizi yoxlamağa gəlirik". Bu kimi hallara son qoyulmalıdır və cəld yoxlama, müdaxilə imkanlarına malik olmalıdırlar. Bununla yanaşı istehlakçılar da diqqətli olmalıdırlar".

Nigar Abdullayeva
"Cebheinfo.az"

Açar sözlər: AQTA dönər Eyyub Hüseynov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 09 İyun 2025 12:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see243

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see200

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see169

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see169

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see164

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see162

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see139

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see139

Bakı Sumqayıt qatarının 4, 15, 20 və 28 iyun üçün hərəkət qrafiki açıqlanıb CƏDVƏL

23 Yanvar 2026 05:36see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri