AQTA nın yeni qaydası: “Əhalinin çörəyini kəsməkdir”
Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.
Evdə hazırlanan konservləşdirilmiş qida məhsulları satan şəxslərdən sertifikat tələb olunacaq.
Yeni yanaşma xüsusilə bazarlarda ev üsulu ilə hazırlanan konservləşdirilmiş məhsullara, mürəbbələrə və digərlərinə aid ediləcək. Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, yeni mexanizm çərçivəsində ilk növbədə, ev şəraitində və ailə təsərrüfatlarında hazırlanan və bazara çıxarıla bilən qida məhsullarının dairəsi dəqiqləşdiriləcək. Həmin məhsulların hazırlanması, saxlanılması, daşınması və istehlakçılara təqdim olunması zamanı qida təhlükəsizliyinin təmin edilməsi məqsədilə müvafiq tələblər müəyyənləşdiriləcək.
Tənzimləmənin əsas məqsədi ev şəraitində və ailə təsərrüfatlarında hazırlanan qida məhsullarının qanuni şəkildə bazara çıxarılmasına imkan yaratmaqla yanaşı, bu məhsulların istehlakçılar üçün təhlükəsizliyini təmin etmək və qida təhlükəsizliyi sahəsində vahid yanaşma formalaşdırmaqdır. Qeyd edək ki, bu gün bölgələrdə yaşayan vətəndaşlar öz təsərrüfatlarından topladıqları məhsullarını bazara çıxarmaqda çətinlik çəkirlər. Faktlar göstərir ki, hətta bəzən fermerlər məhsulunu sata bilmədiyindən məhv etmək məcburiyyətində qalırlar.
Bəzi vətəndaşlar isə həmin məhsulu konservləşdirilmiş şəkildə bazara çıxarmaqla gəlir əldə etməyə, ailəsini dolandırmağa çalışırlar. Yeni qayda konservləşdirilmiş məhsulların satışının məhdudlaşmasına və həmin məhsulların daha da bahalaşmasına gətirib çıxarmayacaqmı?
Məsələ ilə bağlı Liberal İqtisadçılar Birliyinin sədri, iqtisadçı-ekspert Akif Nəsirli "Cebheinfo.az"-a bildirib ki, bu addım bürokratiyanın dərinləşməsinə,genişlənməsinə xidmət edən bir məsələdir:
"Azərbaycan cəmiyyətində evlərdə hazırlanan konservləışdirilmiş məhsullarda heç kim təxribat törətməyə çalışmır. Belə bir hal yoxdur. Təsadüfi hallarda nəsə olur. Məsələ ondadır ki, sertifikat alan şəxs belə, həmin hallardan yüz faiz sığortalanmayıb. Sertifikat alaraq o işlə məşğul olan insanlar da konservləşdirmə zamanı səhvlərə yol verə bilir və bu səhvlər üzündən də zəhərlənmə halları əvvəllər də olub, bundan sonra da olacaq. Yəni sertifikatlaşdırma bu seqmentdə heç nəyi dəyişmir. Ona görə də mən bunu bürokratiya adlandırıram”.
Eksperet hesab edir ki, yeni qayda evlərdə konservləşdirilmiş məhsullar hazırlayıb, satıb, pul qazanan əhalinin çörəyini kəsməkdir: “Yəni onun məhsulunu bir qədər də bahalaşdırmaqdır. Sözsüz ki, vətəndaş sertifikat almaq üçün xərc çəkəcək. Bu xərc az da olsa, evlərdə hazırlanan məhsulun qiymətini artıracaq. Ancaq AQTA-ya heç bir töhfə verməyəcək".
Nigar Abdullayeva
"Cebheinfo.az"
Açar sözlər: AQTA Akif Nəsirli
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 22 Sentyabr 2026 14:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















