AQTA: Xaricdə fəaliyyət göstərən bir sıra müəssisələrdən məhsul idxalına məhdudiyyət qoyulub AZƏRTAC
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 10 yanvar, AZƏRTAC
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirlərini davam etdirir.
AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, həyata keçirilən tədbirlər çərçivəsində məhsullarında uyğunsuzluq aşkarlanmış xaricdə fəaliyyət göstərən bir sıra istehsalçı müəssisələrdən ölkəmizə məhsul idxalına məhdudiyyət tətbiq olunub. Belə ki, Belarus Respublikasının “Птицефабрика Городок”, Rusiya Federasiyasının “Индюшкин Двор” və “Невинномысский Мясокомбинат”, Ukrayna Respublikasının “Птицекомплекс Губин”, Gürcüstan Respublikasının isə “Chirina LTD” şirkətinə məxsus quş əti məhsullarından agentlik əməkdaşları tərəfindən götürülmüş nümunələrin Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında müayinəsi nəticəsində “Salmonella” aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.
Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar aidiyyəti ölkələrin müvafiq qurumlarına ixracın dayandırılmasına dair müraciət ünvanlanıb, görülən tədbirlər barədə agentliyə məlumat verilməsi bildirilib.
AQTA xaricdə fəaliyyət göstərən istehsalçı müəssisələrdən ölkəmizə məhsul idxal edən sahibkarları diqqətli olmağa və qanunvericiliyin tələblərinə əməl etməyə çağırır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:152
Bu xəbər 10 Yanvar 2025 18:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















