Icma.az
close
up
RU
“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İrandan ziddiyyətli xəbərlər gəlməkdə davam edir. Şahidlərin və insan haqları fəallarının sözlərinə görə, İran təhlükəsizlik qüvvələrinin qəddarlığı sayəsində ölkəni bürüyən kütləvi hökumət əleyhinə etirazlar əsasən səngiyib.

“AzPolitika” xəbər verir ki, bu barədə “The New York Times” və “Reuters”-in yaydığı məlumatlara görə, repressiyalar və çoxsaylı itkilər səbəbindən küçə etirazları azalıb və Tehranda təhlükəsizlik qüvvələrinin mövcudluğu hər yerdə görünür. Bu da hərbi vəziyyət təsiri bağışlayır.

ABŞ Müharibə Araşdırmaları İnstitutunun (ISW) ekspertləri qeyd edirlər ki, İran hakimiyyəti etirazları "hələlik" yatırıb. “Deutsche Welle” isə təhlükəsizlik qüvvələrinin İran şəhərlərinin boş küçələrində patrul xidməti apardığını göstərən görüntülər yayımlayıb.

Təhlükəsizlik qüvvələri tərəfindən odlu silahdan istifadənin artması və internetin kəsilməsindən sonra etirazların miqyasının kəskin şəkildə azaldığı bildirilir. Buna baxmayaraq, əhali arasında rejimdən narazılıq pik həddədir.

“Deutsche Welle” xəbər verir ki, İranda etirazçılardan birinin dəfn mərasimində insanlar "Xameneiyə ölüm!" şüarları səsləndiriblər.

İranlı fəal Əmir Həmidi “CBN News”-a deyib ki, İrandakı etiraz hərəkatı ölkə miqyasında davam edir: "Azərbaycandan Bəlucistana, Tehrandan Təbrizə və Məşhədə - hər yerdə eyni səsi eşidirəm: insanlar rejim dəyişikliyini tələb edirlər. Əgər onlar qorxurlarsa, bu, hökumət qüvvələrinin təzyiqi və təhdidləri ilə bağlıdır".

Həmidi əlavə edib ki, İran təhlükəsizlik qüvvələri hətta uşaqlara qarşı da odlu silahlardan istifadə edir və ölənlərin cəsədləri yalnız dəfn xərcləri ödənildikdən sonra ailələrinə qaytarılır.

Bu arada, “Iran International” kanalı İranın cənub-şərqindəki Zahedan şəhərində cümə namazından sonra etirazçıların küçələrə çıxaraq hökumət əleyhinə şüarlar səsləndirdiyini əks etdirən paylaşım edib. Kadrlarda etirazçıların İranın Ali Lideri Əli Xameneiyə qarşı nümayiş keçirdikləri və "Xamenei qatildir, onun hakimiyyəti qanunsuzdur" şüarları səsləndirdikləri görünür.

“Reuters”-ə danışan Tehran sakinləri küçələrin bir neçə gündür sakit qaldığını təsdiqləyiblər. Lakin internet blokadaları yumşaldıldıqca, zorakılığın yeni dəlilləri ortaya çıxır. Həmçinin, onlarla cəsədin göstərildiyi Tehrandakı məhkəmə ekspertiza mərkəzindən çəkilmiş video internetdə yayılıb.

Tehran sakini agentliyə bildirib ki, onun 15 yaşlı qızı ötən həftə nümayişdə iştirak etdikdən sonra İran qüvvələri tərəfindən öldürülüb. Etirazlar yatırıldıqdan sonra İran paytaxtının sakini "New York Times" qəzetinə verdiyi müsahibədə "Böyük bir məyusluq və xəyal qırıqlığı var" deyə təəssüflə bildirib.

Bu fonda dəfələrlə etirazçılar öldürülərsə, hərbi müdaxilə edəcəyi ilə hədələyən ABŞ Prezidenti Donald Tramp, İran hakimiyyətinin 800-dən çox insanın "planlaşdırılan edamlarını" ləğv etdiyini qeyd edib, hətta öz paylaşımında buna görə İran rəhbərliyinə təşəkkür də edib. O, hələlik İrana hücum etməmək qərarına gəliyini açıqlayıb. Lakin Tehran edam qərarlarının ləğvini rəsmən açıqlamayıb və Trampın bəyanatına münasibət bildirməyib.

İrandakı etirazlarda ölənlərin sayı ilə bağlı da fərqli məlumatlar var. Amerika insan haqları təşkilatı HRANA-nın məlumatına görə, ölənlərin sayı "hökumətlə əlaqəli" kimi müəyyən edilmiş 163 nəfər də daxil olmaqla ən azı 2677 nəfərdir. Bu həftənin əvvəlində bir İran rəsmisi “Reuters” agentliyinə bildirib ki, hər iki tərəfdən təxminən 2000 nəfər ölüb. Bu rəqəmlər artıq 2009 və 2022-ci illərdə baş verən əvvəlki iğtişaşlar zamanı baş verən itkiləri xeyli üstələyir.

Bütün bunların və Trampın ziddiyyətli açıqalmalarının fonunda ABŞ bölgəyə ordu göndərməkdə davam edir. Pentaqon, yaxın günlərdə İran yaxınlığındakı bazalara qırıcı eskadrilyalar və raketdən müdafiə sistemləri yerləşdirməyə başlayacaq. Bu proses bir həftə çəkə bilər.

“ABC News” xəbər verir ki, Hərbi Hava Qüvvələri və raketdən müdafiə qüvvələrinin Fars körfəzindəki Amerika bazalarına yerləşdirilməsi planlaşdırılır. Hazırda oradakı Amerika əsgərlərinin ümumi sayı 30.000 nəfərdir. Kanalın məlumatına görə, hərbi qüvvələrin yerləşdirilməsi Trampa, əgər o, bunu etmək qərarına gələrsə, İrana zərbə endirmək üçün əlavə imkanlar verəcək.

İsrail ordusu da hazırlıq tədbirləri görür. Ordu sözçüsü Efi Defrin bildirib ki, İsrail Müdafiə Qüvvələri bölgədəki hadisələri izləyir və İranla mümkün eskalasiya fonunda bütün sahələrdə döyüş hazırlığını artırıb.

Beləliklə, İran ətrafında baş verənlər nisbətən səngiməkdədir. Lakin problemin kökü həll olunmamış qalır və əhalinin hiddəti, etiraz potensialı kifayət qədər yüksəskdir. Ona görə də, istənilən kənar müdaxilə prosesi yenidən alovlandıra bilər. Odur ki, xüsusilə də Trampın qeyri-müəyyən, proqnozlaşdırılması mümkün olmayan davranışları və “sövdələşmə taktikası” nəzərə alınmaqla, regionda yaxın zamanda nələrin baş verəcəyini öncədən müəyyən etmək olduqca çətindir.

C.Məmmədli

“AzPolitika.info”  


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 17 Yanvar 2026 12:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see237

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see183

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see167

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see159

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see153

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see144

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri