Icma.az
close
up
RU
Bankların mənfəəti tarixi rekorda çatsa da...

Bankların mənfəəti tarixi rekorda çatsa da...

Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bəzi bankların yüksək xərcləri ciddi risklərdən xəbər verir

Azərbaycanda fəaliyyət göstərən banklar 2025-ci ilin 4-cü rübü üçün maliyyə nəticələrini açıqlayıblar. Ötən ilin yekununda bank sektoru tarixi maksimum nəticə əldə edərək ili 1 milyard 164,5 milyon manat həcmində xalis mənfəətlə başa vurub. Bu, 2024-cü illə müqayisədə təqribən 11,5 faiz  artım deməkdir. Ümumilikdə, ötən il  5 bank 921,28 milyon manat xalis mənfəət əldə edərək gəlirlərini 15 faiz artırmağa nail olub. Bank sektorunda ən çox mənfəət əldə edən bank 335,7 milyon manatla Beynəlxalq Bank olub. Mənfəətini ən çox artıran digər bank “Kapital Bank” olub, onun xalis mənfəəti əvvəlki ilin eyni dövrü ilə müqayisədə 128,5 milyon manat artaraq 315 milyon manata çatıb. Eyni zamanda, “PAŞA Bank” öz mənfəətini 148 milyon, Xalq Bank 61 milyon, Bank Respublika 60 milyon, “AccessBank” 49 milyon, “Yelo Bank” 31 milyon, “Bank of Baku” 30 milyon manat artırıb. “Unibank” isə mənfəətini 25 milyona, “Ziraat Bank Azərbaycan” 23 milyona, “Premium Bank” 11 milyona, “Rabitabank” isə 11 milyon manata çatdıra bilib. Bank sektorunda ötən il ən zəif likvidlik və gəlir göstəriciləri nümayiş etdirən banklar “AFB Bank”, “Bank BTB” və “TuranBank” olub. Onların mənfəətləri 1-4 milyon manat arası təşkil edib ki, bu da ölkə üzrə cəmi mənfəət portfelinin 0,1 faizi deməkdir.

“Ziraat Bank Azərbaycan”ın xərcləri yüksəlib

Mənfəətini artıran banklar arasında da risk problemləri qalan maliyyə institutları az deyil. Məsələn, Türkiyənin ölkəmizdəki bank vahidi olan “Ziraat Bank Azərbaycan” mənfəətini artırsa da, xərclər və risklər yüksək olaraq qalır. Bank 2025-ci ili 23,3 milyon manat xalis mənfəətlə başa vursa da, maliyyə hesabatı bankın dayanıqlılığı ilə bağlı bir sıra risklərin qaldığını göstərir. Belə ki, bankın xalis faiz gəlirləri 31,5 faiz artaraq 47,8 milyon manata çatsa da, faiz xərcləri 2 dəfə yüksəlib və 36,6 milyon manat təşkil edir. Depozitlər üzrə ödənişlərin 94 faiz artması maliyyə resurslarının bahalaşdığını göstərir. Bu, gələcək dövrdə faiz marjasının sıxılma riski yaradır. Eləcə də bankın kredit portfeli 44,8 gaiz böyüyərək 766,9 milyon manata çatıb. Ən böyük artım biznes kreditlərində qeydə alınıb. Bu dinamika kredit riski baxımından əlavə yük yaradır. Vaxtı keçmiş kreditlər də artmaqdadır. Bankın öhdəlikləri isə 53,3 faiz artaraq 1 milyard 207 milyon manata çatıb. Xüsusilə, maliyyə institutlarının depozitləri 6 dəfəyə yaxın artıb. Bu, bankın bahalı resurslara bağlılığını artırır və likvidlik riskini gücləndirir.

Bir neçə bank isə ümumiyyətlə, ötən il maliyyə likvidliyi baxımından geriləyib.

“Bank Melli İran”ın  mənfəətində geriləmə baş verib

Bankların  mənfəəti ilə zərər  göstəriciləri də az olmayıb. “Bank Melli İran”ın xalis mənfəətində 3,3 milyon manatlıq geriləmə baş verib. Belə ki, İran bankının Bakı filialının 2025-ci ildə xalis mənfəəti əvvəlki illə müqayisədə 3 milyon 305 min manat və ya 42,8 faiz azalaraq 4 milyon 411 min manat təşkil edib. Halbuki bnak 2024-cü ildə 7 milyon 716 min manat xalis mənfəət əldə etmişdi. Bankın faiz gəlirləri 595 min manat və ya 11,8 faiz artaraq 5 milyon 667 min manata yüksəlib. Faiz xərcləri isə qeydə alınmayıb, İran bankının filialının aktivləri 1 milyon 185 min manat və ya 1 faiz artaraq 120 milyon 291 min manata çatıb. 2025-ci ildə bankın cəmi öhdəlikləri 3 milyon 227 min manat təşkil edir.

Elecə də “Bank BTB” və “TuranBank”ın göstəricilərində risklərin qaldığı müşahidə edilir. Hər iki bankın mənfəəti cuzi artsa da, xərclər və risklər yüksəkdir, bu isə onların dayanıqlılığı ilə bağlı bir sıra risklərin qalmasından xəbər verir. Ümumiyyətlə, ölkə üzrə 4-5 bankın maliyyə göstəriciləri bank sektorunda problemlərin hələ də qaldığına işarə edir. Bu isə bank sektorunda likvidliyin itirilməsi təhlükəsi fonunda bəzi bankların bağlanma ehtimalını artırır.

Likvidliyini itirən bankların bağlanması qaçılmazdır

Qeyd edək ki, bank bazarında öz öhdəliklərini yerinə yetirə bilməyən və likvidliyini tamamilə itirən banklar Mərkəzi Bankın müvafiq qərarı ilə lisensiyadan məhrum olunur, sonra onların öhdəliklərinin yerinə yetirilməsi üçün müvafiq komissiya yaradılır. Komissiya bankların vətəndaşlara və sahibkarlıq subyektlərinəd olan borclarının ödənilməsi, kreditlər üzrə öhdəliklərin yerinə yetirilməsi işlərini tənzimləyir. Kapitallarını tamamilə itirmiş və kreditorları qarşısında öhdəliklərini yerinə yetirə bilməyən banklar müflis elan olunduqdan sonra Əmanətlərin Sığortalanması Fondu ləğvedici təyin edilir və həmin bankların öhdəliklərin reyestri ƏSF-yə ötürülür.

ƏSF ilk növbədə, banklardakı əmanətlərin qaytarılmasını təmin edir. Bunun üçün Fond ilk növbədə, bağlanmış bankın öz aktivlərini borca yönəldir, vəsait yetrəli olmadığı halda öz maliyyə portfelindən tələb olunan həcmdə vəsaitləri ayırırır, bu da çatmadıqda Mərkəzi bankdan borc götürərək vətəndaşların depozit öhdəliyini bağlayır. Bu qaydalar isə qorunan əmanətlərə aiddir. “Əmanətlərin sığortalanması haqqında” Qanununun müvafiq maddələrinə əsasən, fiziki şəxslərin banklarda saxladıqları 100 min manatadək olan əmanətləri qorunan əmanətlər hesab olunur. Əgər əmanətin məbləği 100 min manatdan çoxdursa, o zaman onun 100 min manata qədər olan hissəsi sığortalanır. Əgər əmanətlər xarici valyuta ilə saxlanılırsa, onlar üçün qorunma məbləği 100 min manat ekvivalentinə qədərdir. Əmanətlərin qorunması üçün, həmçinin, manatla saxlanılan əmanətlər illik maksimum 12 faizədək gəlir şərti ilə, xarici valyutadakı əmanətlər isə illik maksimum 3 faiz yerləşdirilməlidir. Qorunmayan əmanətlərə görə, məsuliyyəti yalnız bank daşıyır.

Yuxarıda vurğuladığımız hallar isə banklara depozit yerləşdirən vətəndaşların yenidən öz əmanət müqavilələrinə baxmasını da aktuallaşdırır.

E.CƏFƏRLİ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:764
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 17 Yanvar 2026 12:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see329

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see265

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see252

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see252

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see247

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see239

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see237

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see236

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see232

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see228

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see223

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see220

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see213

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see212

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see212

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see209

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see195

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see189

Bir sıra avtomobil yollarında görünüş məsafəsi azalacaq

08 Noyabr 2026 22:13see188

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri