Icma.az
close
up
RU
AQTAdan sahibkarlıq subyektlərinə xəbərdarlıq

AQTAdan sahibkarlıq subyektlərinə xəbərdarlıq

Unikal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida obyektlərində Təhlükənin Analizi və Kritik Nəzarət Nöqtələri (HACCP) sisteminin qurulmasının təmin olunması ilə bağlı qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə xəbərdarlıq edib.

Agentlikdən "Unikal"a bildirilib ki, “Qida təhlükəsizliyi haqqında” Qanuna əsasən, qida və yem məhsullarının istehsalı və emalı ilə məşğul olan qida subyektləri öz qida obyektlərində, həmçinin qida məhsullarının istehlak olunduğu ictimai iaşə və xidmət obyektlərində HACCP-a əsaslanan prosedurları tətbiq etməli və müvafiq daxili nəzarət sisteminə malik olmalıdırlar. Qanun dərc olunduğu gündən, yəni 30 iyun 2022-ci il tarixindən etibarən iri, orta və kiçik sahibkarlıq subyektləri, eləcə də mikro sahibkarlıq subyektləri HACCP sistemini tətbiq etməlidirlər.

Qanunun tələbləri nəzərə alınaraq, Agentlik tərəfindən sahibkarlarla çoxsaylı görüşlər keçirilib, onlara müraciətlər ünvanlanıb, maarifləndirici məlumatlar yayımlanıb. Təəssüf ki, həyata keçirilən tədbirlərə və Qanunda iri sahibkarlıq subyektləri üçün nəzərdə tutulan müddətin bitməsinə baxmayaraq, bəzi iri sahibkarlıq subyektləri öz qida obyektlərində, eyni zamanda qida məhsullarının istehlak olunduğu ictimai iaşə və xidmət obyektlərində HACCP-a əsaslanan prosedurları hələ də tətbiq etməyiblər və qida təhlükəsizliyinə daxili nəzarət sisteminə malik deyillər.

Bu hal nəzərə alınaraq, Agentlik bir daha bütün iri, eləcə də kiçik, orta və mikro sahibkarlıq subyektlərini öz obyektlərində HACCP sistemini tətbiq etməyə çağırır. Eyni zamanda bəyan edir ki, HACCP sistemi tətbiq olunmayan iri sahibkarlıq subyektləri ilə bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülməsi davam etdiriləcək. Belə ki, Agentlik tərəfindən müvafiq qida obyektlərində aparılan yoxlamalar zamanı HACCP sisteminin tətbiqi vəziyyəti də yoxlanılır, aşkarlanmış uyğunsuzluqların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilir. Həmçinin qanunvericiliyə uyğun müvafiq tədbirlər görülür.

Qeyd edək ki, HACCP qida və yem məhsullarında təhlükə amillərinin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və onlara nəzarət sistemidir. Bu sistemin prinsiplərinin tətbiqinin sahibkarlar üçün bir çox fayda və üstünlükləri var. Belə ki, müəssisələrdə HACCP prinsipinin tətbiqi istehsal olunan məhsulun təhlükəsizliyini təmin edir. HACCP qida müəssisələrində təhlükəsiz qida istehsalı üçün tələb olunan gigiyena şərtlərini formalaşdırır. İstehlakçıların sağlamlığına təhlükə yarada biləcək səbəbləri müəyyənləşdirməklə, istehsal və xidmət mərhələlərində bu səbəbləri aradan qaldırır və etibarlılığı təmin edir.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:318
embedMənbə:https://unikal.az
archiveBu xəbər 08 Yanvar 2025 14:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri