Icma.az
close
up
RU
Menu

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

57 yaşlı Cennifer Lopez belə formada qalır

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

Gündə 5 ədədi qanda şəkəri sala bilər

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

İçində partlayıcı olan deserti yeyən kişi öldü

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

AQTİ dən tövsiyə: Sağlam yemək çantası 4 əsas komponentdən ibarət olmalıdır

AQTİ dən tövsiyə: Sağlam yemək çantası 4 əsas komponentdən ibarət olmalıdır

Icma.az, Sherg.az saytına istinadən bildirir.

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu yeni tədris ilinin başlanmasıyla əlaqədar uşaqların qidalanmasıyla bağlı valideynlərə bir sıra tövsiyələr verib. AQTİ qeyd edir ki, sağlam yemək çantası 4 əsas komponentdən ibarət olmalıdır. Bunlar aşağıdakılardır:

- Mürəkkəb karbohidratlar: Ağ çörək əvəzinə tam taxıllı və ya çovdar çörəyindən hazırlanmış sendviçlər, lavaş ruletləri. Bu, uşağın qan şəkərini stabil saxlayır və dərsdə diqqətini yayındırmır.

- Keyfiyyətli zülal: Qaynadılmış yumurta, qızardılmamış toyuq və ya hinduşka əti, ev üsulu pendir dilimləri və ya kəsmik. Zülal uşağa uzunmüddətli enerji verir və tez acmasının qarşısını alır.

- Təzə meyvə-tərəvəzlər: Dilimlənmiş xiyar, kök, pomidor, alma, banan və ya giləmeyvələr. Tərəvəz və meyvələri uşağın rahat yeyə biləcəyi ölçüdə doğramaq vacibdir.

- Sağlam yağlar və qəlyanaltılar: Bir ovuc qovrulmamış qoz, fındıq, badam və ya qurudulmuş meyvələr (xurma, ərik). Bunlar Omeqa-3 və mineral baxımından zəngindir, beynin fəaliyyətini stimullaşdırır.

AQTİ-nin məlumatında bildirilir ki, bəzən valideynlər bu komponentləri nəzərə almır, müəyyən səhvlərə yol verirlər. Bu 3 səhv aşağıdakılardır:

- Uşağın çantasına hazır şirələr və aromatik yoğurtlar qoymaq: Bunlar “sağlam” görünə bilər, lakin tərkibi yüksək miqdarda əlavə olunmuş şəkərlə zəngindir. Ən yaxşı alternativi sadə su və ya evdə hazırlanmış şəkərsiz kompotdur.

- Çox mürəkkəb və ya tez xarab olan yeməklər: Sulu yeməklər, souslu qidalar həm tökülə bilər, həm də otaq temperaturunda tez xarab olaraq qida zəhərlənməsinə səbəb ola bilər.

- Uşağın rəyini nəzərə almamaq: Çantaya uşağın heç sevmədiyi qidaları qoyduqda, o yemək toxunulmadan geri qayıdır. Seçimi uşaqla birgə etmək lazımdır.

AQTİ tövsiyə edir ki, yemək çantasını uşaq üçün vizual olaraq cəlbedici etmək faydalıdır: “Rəngarəng tərəvəzlər, maraqlı bölməli lançbokslar uşaqda ev yeməyinə həvəs yaradır. Ən əsası isə çantaya mütləq kiçik bir şüşədə sadə su qoymağı unutmayın. Sağlam qidalanan uşaq isə daha diqqətli, daha enerjili və daha uğurlu şagird deməkdir”. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:125
embedMənbə:https://sherg.az
archiveBu xəbər 15 Sentyabr 2026 15:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see284

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see277

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see268

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see259

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see259

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see258

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see255

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see250

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see245

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see243

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see230

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see228

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see226

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see221

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see219

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see219

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

26 Noyabr 2026 12:32see216

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see209

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see205

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri