Arakçi: BMT kürsüsündə İran xalqının hadqını müdafiə edəcəyik
Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İranın xarici işlər naziri Abbas Arakçi BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində İran xalqının hüquq və maraqlarını müdafiə edəcəklərini bildirib.
Sherg.az xəbər verir ki, Arakçi Nyu-Yorkda iranlı jurnalistlərə açıqlamasında əsas məqsədlərinin İran xalqının haqlılığını və maraqlarını beynəlxalq səviyyədə ən böyük platformada müdafiə etmək olduğunu deyib.
Nazir BMT-nin beynəlxalq sülhün təmin olunmasında kifayət qədər effektiv olmadığını bildirib. Onun sözlərinə görə, bəzi ölkələr beynəlxalq hüququ nəzərə almadan öz addımlarını legitim hesab edir.
Arakçi bəzi Avropa ölkələrini də Fələstin, Qəzza, Livan və İrana qarşı törədildiyini bildirdiyi əməllər qarşısında susmaqda ittiham edib.
O, BMT-yə etimadın bərpa edilməsinin vacibliyini vurğulayaraq, etimadın necə itirildiyi və yenidən necə formalaşdırıla biləcəyinin müzakirə edilməli olduğunu qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 22 Sentyabr 2026 11:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















