Ukraynanın keçmiş prezidentinin yaxtası 3,3 milyon avroya satıldı
Icma.az bildirir, Yeniavaz saytına əsaslanaraq.
Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin ailəsinə aid olan “Bandido 90” yaxtası İspaniyada keçirilən hərracda 3,3 milyon avroya satılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Mash” teleqram kanalı məlumat yayıb.
Məlumata görə, “Bandido 90” yaxtası 2007-ci ildə inşa edilib. Yanukoviçin böyük oğlu Aleksandr onu hərracda 5,9 milyon avroya alıb.
2006-cı ildə Yanukoviç ailəsi hətta Balaklavada yaxta klubu da yaradıb və Aleksandrın şirkətləri sahili və binaları icarəyə götürüb.
2010-cu ildə “Bandido 90” ilk dəfə Balaklavaya gedib. Daha sonra yaxta Sevastopol və Yaltada olub. 2014-cü ildən sonra yaxta Aralıq dənizinə üzüb.
Aleksandr Yanukoviç onun ailəsinə məxsus olduğunu inkar edib.
Daha sonra o, Türkiyədə modernləşdirilib və hazırda İspaniyanın cənubunda Portuqaliya bayrağı altında üzür.
Satış “Drettmann Yachts” şirkətinin vasitəçiliyi ilə “Sunseeker Poland” tərəfindən həyata keçirilib.
Yaxtanın yeni sahibinin adı açıqlanmayıb.
Bu mövzuda digər xəbərlər:Ukraynanın keçmiş prezidentinin sabiq müşaviri öldürüldü
21 May 2025 14:31
Ukraynanın keçmiş prezidentinin oğlu axtarışa verilib
05 Dekabr 2024 01:49
Kərimovun yaxtası hərracda satıldı
31 Oktyabr 2025 18:33
Maradonanın “Tanrının əli“ qolunu vurduğu top 3,3 milyon dollara satıldı
24 Avqust 2026 21:28
Ukraynanın gələcək prezidentinin adı açıqlanıb
31 Dekabr 2025 21:59
Baxış sayı:75
Bu xəbər 20 Noyabr 2026 00:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















