Zelenski anons etdi: Avropa ölkələri Rusiya ilə danışıqlara qoşulur
Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Avropa ölkələri Rusiya ilə növbəti danışıqlarda iştirak edəcəklər.
"AzPolitika" "Report"a istinadla xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Berlində "İstəklilər Koalisiyası"nın görüşünün yekunlarına dair Teleqram kanalında paylaşımında bildirib.
Zelenskinin sözlərinə görə, danışıqlarda Avropanı beş ölkə, eləcə də Avropa İttifaqı və NATO təmsil edəcək. O vurğulayıb ki, ABŞ avropalı tərəfdaşların fəal və əlaqələndirilmiş iştirakının zəruriliyini anlayır.
Ukrayna lideri bildirib ki, Kiyev amerikalı nümayəndələrlə növbəti görüşün vaxtını və gündəliyini ayrıca müzakirə etmək niyyətindədir.
"Artıq dördtərəfli görüş olmalıdır: Ukrayna, Avropa, Amerika və Rusiya. Biz buna çox ümid edirik. Görüşün gündəliyi hamımız tərəfindən birgə işlənib hazırlanmalı və təsdiq edilməlidir", - Zelenski deyib.
O, həmçinin danışıqlar prosesinin uzanmaması üçün Moskvaya təzyiqləri artırmağa çağırıb:"Avropa yeni sanksiyalarla hazırdır, Ukraynanı və Ukrayna xalqını dəstəkləmək üçün yeni addımlarla hazırdır. ABŞ-nin Rusiyaya təsir etməsi vacibdir".
Zelenskinin sözlərinə görə, görüşdə həmçinin hava hücumundan müdafiə və Ukraynanın kritik infrastrukturunun qorunması məsələləri müzakirə olunub. O bildirib ki, yayın ortalarından etibarən Rusiya Ukraynaya zərbələr endirərkən ballistik raketlərin və "Shahed" tipli reaktiv pilotsuz uçuş aparatlarının tətbiqini artırır. O əlavə edib ki, tərəfdaşlar Ukraynaya dəstəyi gücləndirməyə razılaşıb və yeni yardım paketləri ilə bağlı müvafiq razılaşmalar qəbul ediblər.
Müzakirənin daha bir mövzusu Ukrayna üçün təhlükəsizlik təminatları olub. Zelenski "Avropa üçlüyü" ölkələrinə və digər tərəfdaşlara Ukraynanın NATO-ya daxil olması ideyasını dəstəklədiklərinə görə təşəkkür edib. "Ukrayna üçün ən yaxşı təhlükəsizlik təminatı - və əslində bütün Avropa üçün təminat - NATO-ya üzvlükdür", - o bildirib.
Zelenski həmçinin Ukraynanın Avropa İttifaqına daxil olmasını konkret təhlükəsizlik təminatı adlandırıb və vurğulayıb ki, NATO və Aİ Avropa təhlükəsizlik arxitekturasının əsası olaraq qalmalıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 19 Noyabr 2026 23:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















