Icma.az
close
up
RU
Aralıq dənizi Parlament Assambleyasının prezidentinə Azərbaycanın yaşıl enerji layihələri barədə məlumat verilib AZƏRTAC

Aralıq dənizi Parlament Assambleyasının prezidentinə Azərbaycanın yaşıl enerji layihələri barədə məlumat verilib AZƏRTAC

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 19 noyabr, AZƏRTAC

Milli Məclisin sədri Sahibə Qafarova noyabrın 19-da Bakıda keçirilən COP29-da iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Aralıq dənizi Parlament Assambleyasının prezidenti Enaam Mayaranın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə qlobal iqlim dəyişiklikləri ilə bağlı məsələlərin bütün dövlətləri narahat etdiyi qeyd olunaraq Bakıda COP29-un təşkili ölkəmizə hörmətin əlaməti, Azərbaycanın beynəlxalq arenada oynadığı fəal rolun yüksək dəyərləndirilməsi kimi qiymətləndirilib.

Söhbət zamanı, iqlim dəyişikliyi ilə bağlı məsələlərin bütün dövlətləri təhdid etdiyi, onun müşahidə olunan fəsadlarının aradan qaldırılması istiqamətində birgə səylərin gücləndirilməsinin vacibliyi qeyd edilib.

Sahibə Qafarova qonaqlara noyabrın 16-17-də Parlamentlərarası İttifaq və Milli Məclisin birgə təşkilatçılığı ilə keçirilən Parlament Görüşü haqqında da məlumat verib. Onun sözlərinə görə, tədbirdə müxtəlif ölkələrin parlamentariləri və beynəlxalq parlament təşkilatlarının təmsilçilərinin iştirakı ilə bu qlobal problemə dair aktual məsələlər müzakirə edilib və parlamentlərimizin vahid mövqeyini əks etdirən yekun sənəd qəbul edilib. Sahibə Qafarova iqlim dəyişikliyi ilə bağlı məsələlərin həllində parlamentlərin önəmli rolunu vurğulayaraq, bu Görüşü qlobal iqlim dəyişiklikləri ilə bağlı məsələlərin həllinə parlament töhfəsi kimi qiymətləndirib.

Parlament Assambleyasının prezidenti Enaam Mayara Azərbaycanın bu qlobal tədbirə uğurla ev sahibliyi etməsi münasibətilə təbriklərini çatdırıb. Qonaq, ölkəmizlə bağlı müsbət təəssüratlarını bölüşüb.

Söhbət zamanı Milli Məclisin sədri Sahibə Qafarova qonaqlara işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən yaşıl enerji layihələri barədə məlumat verib.

Görüşdə, həmçinin Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə bu təşkilat arasında mümkün əməkdaşlıq əlaqələri nəzərdən keçirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Noyabr 2024 18:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see279

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see252

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see222

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see207

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see204

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see199

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see193

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see180

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see175

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see173

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see161

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see160

Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir

25 Yanvar 2026 21:16see158

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see155

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see153

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see146

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see146

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see145

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see144

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri