Icma.az
close
up
RU
Genetik test aparılsa, onu yerli dibli itirəcəyik

Genetik test aparılsa, onu yerli dibli itirəcəyik

Icma.az bildirir, Axar.az portalına istinadən.

Zərdüşt Əlizadə “Qafqaz xalqları” deyəndə kimləri nəzərdə tutur? Çünki Azərbaycan türklənin böyük əksəriyyəti yerli Qafqaz xalqıdır. Ən qədim dövrlərdən, Albaniya dövlətinin ərazisində yaşayan və antik mənbələrdə adı keçən 26 etnos və ya tayfanın çoxu türk idi. Bu barədə ciddi dəlil-sübutla yazılmış kitablar var. Zərdüşt Əlizadə bundan xəbərsiz olmaz.

Axar.az xəbər verir ki, bu sözləri xalq şairi Sabir Rüstəmxanlı Zərdüşt Əlizadənin azərbaycanlıların 80 faizinin türklərlə heç bir əlaqəsinin olmadığı və “yerli Qafqaz xalqı” haqda iddiası haqda Bakupost.az-a açıqlamasında qeyd edib.

“Məncə o, atası, hörmətli alimimiz Mübariz Əlizadənin dilimizə çevirdiyi “Şahnamə”ni də vərəqləmiş olar. O əsərin müəllifi Firdovsi fars millətçisi olsa da, 2600 il öncə bu bölgədə türklərlə farsların yanaşı və ara verməyən savaş içində yaşadıqlarını yazıb. Bədii əsər olsa da, buradakı türk mövcudluğunu inkar etməyib. Bunu min il öncə yaşamış Firdovsi bacarmayıbsa, ondan min il sonra yaşayan Zərdüşt Əlizadə necə bacaracaq?

Zərdüşt Əlizadə ağılsız adam deyil. O zaman 20% gəlmə türkün 80% türk olmayan əhalini türkləşdirməsini hansı ağılla deyir? Ölkəmizdə bu genetik araşdırmasını nə vaxt aparıb? Erməni alimləri də onun kimi düşünür və yazırlar. İndi biz Zərdüştü onlardan necə ayıraq? Genetik test aparılsa, Zərdüşt bəyi yerli-dibli itirəcəyimizdən ehtiyat edirəm. Haqqımızda böhtan yazan az idi, biri də aramızda dolaşır… Məncə, Zərdüşt Əlizadə özünün kimliyi ilə maraqlanmalıdır. Xalqla işi olmasın”, - o bildirib.

Qeyd edək ki, Zərdüşt Əlizadənin bir müddət öncə verdiyi müsahibədə səsləndirdiyi fikirlər sosial şəbəkədə yenidən gündəmə gətirilib. O deyib ki, azərbaycanlıların 80 faizinin türklərlə heç bir əlaqəsi yoxdur – onlar yerli Qafqaz xalqıdır. Zərdüşt Əlizadə azərbaycanlıların üz quruluşunun da türklərə xas olmadığını əlavə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:168
embedMənbə:https://axar.az
archiveBu xəbər 27 Yanvar 2026 20:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see345

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see284

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see282

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see282

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see274

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see267

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see260

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see258

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see255

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see244

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see242

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see241

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see240

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see239

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see233

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see227

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see227

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see217

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see214

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri