Aralıq dənizində Rusiyanın kölgə tankeri saxlanıldı
Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Avropa İttifaqı qüvvələri Aralıq dənizində Rusiyanın "kölgə donanması" ilə əlaqəli olan MV Midag tankerini yoxlayıb. Yoxlama gəminin saxta bayraq altında üzdüyünü təsdiqləyib. Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas bunu açıqlayıb.
O qeyd edib ki, Avropa İttifaqının dəniz missiyası IRINI 13 noyabrda Aralıq dənizində Rusiya kölgə donanmasından şübhəli bir tankerə minib. "BMT-nin Dəniz Hüququ Konvensiyasının 110-cu maddəsinə uyğun olaraq aparılan yoxlama MV MIDAG-ın saxta bayraq altında fəaliyyət göstərdiyini təsdiqlədi".
Kallas Aİ-nin "Rusiyanın kölgə donanmasına dənizdə və diplomatik vasitələrlə qarşı çıxmağa davam edəcəyinə" əminlik verib. Hələ bazar ertəsi Aİ xarici işlər nazirlərinin Rusiyaya qarşı yeni sanksiya siyahılarını təsdiqləməsi gözlənilir. "Bunlar banklara, alıcılara və "kölgə donanmasını" dəstəkləyən şirkətlərə təsir edəcək", - deyə Avropa diplomatiyasının rəhbəri aydınlıq gətirib.
Qeyd etmək lazımdır ki, İtaliya qüvvələri bu yaxınlarda Rusiyanın "kölgə donanması" ilə əlaqəli olan MV SOUTH STAR neft tankerini saxlayıb.
Bir müddət əvvəl Ukrayna Beynəlxalq Dəniz Təşkilatına (IMO) müraciət edərək Rusiyanın "kölgə donanmasını" sadəcə Moskvanın iqtisadi aləti kimi deyil, həm də potensial hərbi təhdid kimi rəsmi olaraq tanımasını istəyib. Kiyev Rusiyanın sanksiyalardan yayınmasına və müharibəni maliyyələşdirməsinə kömək edən gəmilərin qanuni hədəf kimi tanınmasında israr edir.
VƏLİ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 16 Noyabr 2026 13:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















