Arauxo Xulian Alvarezi komandada görmək istəyir
Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İspaniyanın "Barselona" klubunun müdafiəçisi Ronald Arauxo "Atletiko Madrid"in hücumçusu Xulian Alvarez haqqında danışıb və onu dünya səviyyəli forvard adlandırıb.
İdman.Biz xəbər verir ki, uruqvaylı futbolçu argentinalının keyfiyyətlərini yüksək qiymətləndirib.
“O, möhtəşəm oyunçudur, mənim üçün dünyanın ən yaxşı hücumçularından biridir. Onun hansı keyfiyyətə sahib olduğunu görmək olur. Ən yaxşı futbolçular ən yaxşı klubda oynamalıdır və bu da bizik. Bu, aydındır. Amma bunu etmək və ya qərar vermək mənim işim deyil”.
Məlumata görə, Alvarez son dönəmdə qol qıtlığı yaşasa da, bu amil "Barselona"nın ona olan marağına təsir göstərmir. Argentinalının yayda Robert Lewandovskini əvəzləmək üçün əsas namizəd olduğu bildirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:187
Bu xəbər 11 Fevral 2026 15:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















