Qəbir daşını kreditlə qoymaq günahdırmı?
Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Artıq şəxsiyyət vəsiqəsi ilə kreditlə qəbir daşı qoymaq mümkün olacaq.
Bəs bu dini baxımdan nə dərəcədə düzgündür?
Milli.Az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə reklam xarakterli görüntülər paylaşılıb.
Tək şəxsiyyət vəsiqəsi ilə 3 aydan 24 ata qədər istənilən formada qəbir daşını kreditlə əldə edə bilərsiniz. Tək şərt isə müştərinin adında aktiv gecikmənin olmamasıdır. Aktiv gecikmə varsa, başqa adamın adına kredit götürə bilərsiniz.
Bəs İslam dinində bu cür davranışlar qəbulediləndirmi?
Mövzu ilə bağlı Heydər məscidinin imamı Rüfət Qarayev bildirib ki, kredit yolu ilə qəbir daşı qoyulması yolverilməzdir. Vacib olan müsəlmanın şəriət qaydaları ilə dəfn edilməsidir:
"Xüsusi özəl daşlar, mərmər, türbələr, abidələr qoyulmağı tövsiyə edilmir. Buna görə kredit götürmək, borca pul götürmək yolverilməzdir".
Din xadimi həmçinin qeyd etdi ki, İslam dinində qəbir daşı qoyulması vacib sayılmır. Qəbir yerlərinin zamanla itməsi tövsiyə olunur.
Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)
Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)
Baxış sayı:61
Bu xəbər 27 Noyabr 2026 12:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















