Icma.az
close
up
RU
Arayik Arutyunyan necə istefa verib: Köçəryan detalları açıqladı

Arayik Arutyunyan necə istefa verib: Köçəryan detalları açıqladı

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Arayik Arutyunyanın Qarabağdakı qondarma rejimin rəhbəri postundan istefası məsələsi terroroçu xuntanın süqutuna üç ay qalmış müzakirə olunmağa başlayıb. 

“Cebheinfo.az”-ın məlumatına görə, bu barədə Ermənistanın sabiq prezidenti  Robert Köçəryan açıqlama verib. 

Köçəryan həmin müddətdə qondarma rejimin keçmiş liderləri Arkadi Qukasyan və Bako Saakyanla daimi əlaqədə olduğunu deyib. Onun sözlərinə görə, bu əlaqə demək olar ki, gündəlik olub. Lakin bir neçə dəfə söhbət aparıldığı günlər də olub. 

“Dağlıq Qarabağ”ın keçmiş “prezidenti” Arayik Arutyunyana gəlincə, Robert Köçəryanın qeyd etdiyi kimi, onun istefa məsələsi “Artsax”ın süqutuna üç ay qalmış müzakirə olunmağa başlayıb: “Son həftədə baş verənlər Arutyunyanı istefaya məcbur etməyə yönəlik üçüncü cəhd idi. O, hər dəfə müzakirələr zamanı  davamlı olaraq bildirib ki, bundan sonra onun heç bir təsiri yoxdur və bunun fonunda ən düzgün qərar istefa verməkdir. Lakin hər dəfə Bako Saakyan Arayik Arutyunyanı bu addımdan imtina etməyə inandırıb”. 

Köçəryan bildirib ki, Arutyunyan sonuncu dəfə hamını başına yığıb və istənilən halda bu addımı atacağını bəyan edib. Arutyunyan özü də bunun ən düzgün qərar olduğunu insanlara sübut etməyə çalışıb. O, Köçəryanın qeyd etdiyi kimi, bu üç şəxsin adını çəkmədən ən azı üç məmurla bu ehtimalı müzakirə edib. 

Ermənistan hakimiyyəti və onlara yaxın dairələr çox vaxt Arayik Arutyunyanın istefası faktına diqqət çəkərək, bunun son vaxtlar qondarma rejimə rəhbərliyi ələ keçirən “Daşnaksütyun” Partiyasının təzyiqi nəticəsində baş verdiyini hesab edir. 

Müşfiq  Abdulla 
“Cebheinfo.az”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:218
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 17 Fevral 2025 17:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see289

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see278

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see275

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see270

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see270

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see261

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see256

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see252

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see248

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see246

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see232

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see227

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see226

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see226

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see223

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see220

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see215

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see214

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see208

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see207
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri