Icma.az
close
up
RU
Arayik və dəstəsinin məhkəməsi davam etdirilir Bu sənədlər məhkəmədə elan olundu + FOTO

Arayik və dəstəsinin məhkəməsi davam etdirilir Bu sənədlər məhkəmədə elan olundu + FOTO

Icma.az bildirir, Azpolitika.az portalına istinadən.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası sentyabrın 12-də davam etdirilib.

Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Məhkəmə prosesi sənədlərin elan olunması ilə davam etdirilib.

Elan olunan sənədlərdən biri 1991-ci il yanvarın 12-də Xocavənd-Qaradağlı yolunda hərəkət edən avtobusa basqın edilməsi faktı üzrə olub. Xocavənd rayon sakini Rəhimov Kamal Baxış oğlunun idarə etdiyi və içərisində 25-30 nəfər Xocavənd kənd sakininin olduğu avtobus Xocavəndin Xocavənd-Kiş-Qaradağlı yolunun 6-cı kilometrliyində ermənilər tərəfindən müxtəlifçaplı odlu silahlarla atəşə tutulub.

Digər sənəd 1991-ci il yanvarın 28-də Nəzərova Fəranə Nəriman qızının öldürülməsi faktı ilə bağlı olub. O, Xocavənd rayonunun Xocavənd kəndində odlu silahdan atəş açmaqla qətlə yetirilib.

Növbəti sənəddə göstərilib ki, həmin kəndin sakini, 7-ci sinif şagirdi Məmmədov Azər İspəndiyar oğlu 1991-ci il yanvarın 29-da küçədə həmyaşıdları ilə oynayarkən Xocavənd şəhəri tərəfdən odlu silahdan atəş açılması nəticəsində qarın nahiyəsindən xəsarət alıb.

Digər cinayət işi üzrə sənəddə isə bildirilib ki, 1991-ci il fevralın 15-də Nəbiyev Camal Abbasəli oğlu yaşadığı Goranboy rayonunun Baş Qışlaq kəndindən dağ yolu ilə Xanlar (indiki Göygöl) rayonunun Sarısu kəndinə gedərkən Buzluq kəndinin yaxınlığından keçən aşırımda 40-50 metr məsafədən avtomat və digər odlu silahlardan atəşə tutularaq qətlə yetirilib.

Elan edilən digər sənəd avtobusun atəşə tutulması faktı ilə əlaqədar olub. Qeyd edilib ki, 1991-ci il fevralın 24-də Yevlax-Laçın avtomobil yolunun 99-cu kilometrliyində Xankəndi şəhərinin şərq hissəsində naməlum şəxslər tərəfindən partlayıcı qurğulardan və avtomat silahdan istifadə etməklə Şuşa avtonəqliyyat müəssisəsinin sürücüsü Z.Ç.Əliyevin idarə etdiyi sərnişinlərlə dolu avtobusa basqın olub, bir neçə mülki şəxs müxtəlif dərəcəli xəsarətlər alıb, avtobus yararsız vəziyyətə düşüb.

Bundan başqa, Muradov Qorxmaz Murad oğlunun öldürülməsi faktı üzrə sənəd də elan olunub. Bildirilib ki, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşı Muradov Qorxmaz Murad oğlu 1991-ci il fevralın 25-də ermənilər tərəfindən girov götürülüb, bir gün sonra Xocavənd rayonunun Hacılı (Haslı) kəndində odlu silahla qətlə yetirilib.

Həmçinin 1991-ci il martın 2-də Xocavənd rayonunun Xocavənd kənd sakini Yusifov Haqverdi Şəfi oğlunun ermənilər tərəfindən odlu silahdan atəş açılaraq qəsdən öldürülməsi, martın 8-də Xocavənd rayonunun Qaradağlı kənd sakinləri Quliyev Əkbər Məmməd oğlu və Hüseynov Zülfüqar Dəmir oğlunun odlu silahla atəş açmaqla qətlə yetirilməsi və digər faktlarla əlaqədar cinayət işlərinin materialları elan edilib.

Elan olunan digər sənəd 1991-ci il aprelin 4-də uçuş zamanı vertolyotun atəşə tutulması faktı ilə əlaqədar olub. İçərisində Azərbaycan Respublikası Ali Sovetinin deputatları olan Daxili İşlər Nazirliyinə məxsus vertolyot Şuşa rayonunun Göytala kəndinə uçuş zamanı atəşə tutulması nəticəsində zədələnib, Turşsu kəndinə məcburi eniş edərək qəzaya uğrayıb, bəzi sərnişinlər yaralanıb.

1991-ci il fevralın 20-də "QAZ-469" markalı avtomobilin atəşə tutulması, İmanov Daşdəmir Teyyub oğlunun və Musayev Gürzalı Oruc oğlunun öldürülməsi faktları üzrə materiallar və fotolar da diqqətə çatdırılıb.

Bundan başqa, azərbaycanlıların öldürülməsi, evlərinin dağıdılması və sair məqsədlə silahlı dəstələr yaradılması, 1991-ci il aprelin 18-də Şuşa rayonunun Nəbilər kəndinin, aprelin 23-də Şuşa şəhərinin atəşə tutulması, aprelin 19-da Şuşa-Ağdam marşrutu ilə hərəkət edən avtomobil karvanına hücum edilməsi üzrə faktlar da elan olunub.

Digər sənəddə bildirilib ki, 1991-ci il aprelin 26-da milis əməkdaşları Xametov Azər Əliyulla oğlu və Rəhimxanov Səlimxan Rəhimxanoviç, habelə Sarısu kənd sakini Verdiyev Nəcəf Əşrəf oğlu qumbaraatanlardan, pulemyotlardan və avtomatlardan, snayperlərdən istifadə edilməklə öldürülüb, Bayramov Emin Mikayıl oğlu isə yaralanıb.

Elan olunan digər sənədə əsasən, Sədərək 1991-ci il aprelin 26-dan 28-dək Ermənistanın Arazdəyən, Parursevak yaşayış məntəqələrindən və Qızıldaş dağının ətəyindən toplardan, minaatanlardan atəşə tutulub, yaşayış məntəqəsinə yüzlərlə mərmi və "Alazan-2M-ICT" tipli raketlər düşüb. Nəticədə 26 nəfər kənd sakini, o cümlədən 3 nəfər milis işçisi müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

İclasda 1988-1991-ci illərdə Kərkicahan qəsəbəsində törədilmiş kütləvi iğtişaşlar, azərbaycanlı sakinlərin evlərinin dağıdılması və dinc insanların öldürülməsi faktları da diqqətə çatdırılıb.

Sonra çıxış edən təqsirləndirilən şəxs David Babayan ibtidai istintaqda verdiyi ifadəsinə münasibət bildirib. O, məhkəmə istintaqı zamanı verdiyi ifadələrinin əsas götürülməsini məhkəmədən xahiş edib.

Ardınca məhkəmədə təqsirləndirilən şəxs Qurgen Stepanyanın vəkili öz səhhəti ilə əlaqədar müalicə aldığını əsas gətirərək, məhkəmədə iştirakına xitam verilməsini istəyib.

Hakim təqsirləndirilən şəxsin etirazının olub-olmadığını soruşub, Q.Stepanyan etiraz etmədiyini bildirib.

Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs Qurgen Stepanyanın müdafiəçisinin məhkəmədə iştirakına xitam verilib.

Bildirilib ki, Q.Stepanyanın dövlət hesabına yeni müdafiəçi təyin olunması üçün qərarın surəti Azərbaycan Respublikası Vəkillər Kollegiyasına göndəriləcək.

Məhkəmə prosesi sentyabrın 15-də davam etdiriləcək.

Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 təqsirləndirilən şəxs ittiham edilir.

Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:86
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 12 Sentyabr 2025 21:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda içməli su yola axır: Taxta parçaları veriblər ki, boru partlayanda içinə salın

27 Oktyabr 2025 01:56see224

Son çempion məğlubiyyətləri sıralayır

26 Oktyabr 2025 21:44see221

Zəlzələ səbəbindən Balıkesirdə məktəblərdə bir günlük tətil elan olundu

28 Oktyabr 2025 02:51see156

Qatıqla bağlı mif PUÇ OLDU

26 Oktyabr 2025 12:02see151

Çin sahillərində gəmilər toqquşdu 2 nəfər itkin düşdü

26 Oktyabr 2025 16:57see147

Söküntü zamanı ədalətli kompensasiya: Beynəlxalq təcrübə və Azərbaycan reallığı

27 Oktyabr 2025 15:40see144

Buna İsrail qərar verəcək, ABŞ da bunu qəbul edir Netanyahu

26 Oktyabr 2025 15:50see142

Qırmızı kələmin üç əsas sağlamlıq faydası müəyyən edilib...

27 Oktyabr 2025 23:25see139

Yaşlandıqca cavanlaşan BÜRCLƏR

26 Oktyabr 2025 09:45see137

Payızda bu qidalar immuniteti gücləndirir

27 Oktyabr 2025 04:04see134

“Qəzzanın İsrail seçkilərinə təsiri: müharibədən sonra siyasi xəritə necə dəyişir?“ İsrail mətbuatı

26 Oktyabr 2025 20:55see134

Kremlin Vaşinqtonla razılaşmadığı məsələ Peskov danışdı

26 Oktyabr 2025 14:51see133

Alişan Uzak şehir in setində FOTOLAR

27 Oktyabr 2025 06:32see129

Tbilisinin mərkəzində müxalifət yürüş mitinq keçirir

26 Oktyabr 2025 21:00see127

Osimhen Okan Buruka təriflədi: Onun rəhbərliyi altlnda oynamaqdan çox məmnunam

27 Oktyabr 2025 00:39see126

Luvr soyğunu ilə bağlı iki şübhəli saxlanıldı “Le Figaro”

26 Oktyabr 2025 15:29see125

Siyasətlə evi isidə bilmərik Siyarto

26 Oktyabr 2025 20:40see125

Tarixin ən məşhur qırılmaz kodlarından birinin həlli tapıldı...

26 Oktyabr 2025 21:54see124

Zelenski: Tramp Ukraynada hazırkı cəbhə xəttində hərbi əməliyyatların dayandırılması ilə razıdır

27 Oktyabr 2025 01:21see123

Türkiyədə güclü zəlzələ İstanbulda da hiss edildi

28 Oktyabr 2025 00:14see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri