Icma.az
close
up
RU
Arayikin etiraf etdiyi, 76 soydaşımızın öldürüldüyü “Tunel qırğını” və “Bəylik Bağı” FACİƏLƏRİ

Arayikin etiraf etdiyi, 76 soydaşımızın öldürüldüyü “Tunel qırğını” və “Bəylik Bağı” FACİƏLƏRİ

Icma.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq.

Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi davam edir. Məhkəmədə son söz nitqi zamanı təqsirəndirilən şəxs Arayik Harutyunyan bir sıra etiraflar edib.

"Mən çox məlumatlı adamam. Amma, Kəlbəcərdəki Tunel hadisəsini burada bildim. Məsələn, Bəylik bağı hadisəsini burada bilmişəm. Əlbəttə, bunlar hərbi cinayətlərdir və öz günahkarları var. Əgər günahkarlar bu dünyada cəzalanmayıblarsa, o biri dünyada öz əməllərinə görə cəzalanacaqlar", - deyə o bildirib.

Qeyd edək ki, Azərbaycan ictimai-siyasi leksikonunda “Kəlbəcər Tuneli” və “Bəylik Bağı” anlayışları iki ayrı dövrə, lakin eyni mahiyyətə - Birinci Qarabağ müharibəsi zamanı mülki əhaliyə qarşı törədilmiş ağır faciələrə işarə edir. Hər iki hadisə genişmiqyaslı sənədləşmənin olmaması səbəbindən beynəlxalq aləmdə yetərincə tanınmasa da, Azərbaycan cəmiyyətinin kollektiv yaddaşında dərin iz buraxıb.

Modern.az “Tunel Qırğını” və “Bəylik Bağı” hadisələri zamanı yaşanan hadisələri diqqətinizə çatdırır:

Kəlbəcərdəki Tunel hadisəsi: çıxış yolu ölümə çevriləndə

1993-cü ilin aprelində Kəlbəcər rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalı zamanı minlərlə mülki şəxs bölgəni tərk etməyə məcbur oldu. Ən təhlükəsiz çıxış yolu kimi isə Murovdağ istiqamətində yerləşən dağ tunelindən istifadə edilirdi. Tunel həm mülki əhali, həm də geri çəkilən Azərbaycan hərbçiləri üçün son ümid yolu idi.

Lakin şahid ifadələrinə və sonrakı araşdırmalara görə, həmin tunel Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulub. Nəticədə aralarında qadınların, uşaqların və yaşlıların da olduğu çoxsaylı mülki şəxslər həlak olub. Qadın, yaşlı, uşaq da daxil olmaqla ümumilikdə 53 nəfər qətlə yetirilib, 64 nəfər əsir götürülüb.Kəlbəcər Tuneli hadisəsi kütləvi qırğın kimi xatırlanır.

Ekspertlər bu hadisəni mülki əhaliyə qarşı törədilmiş hərbi cinayət kimi qiymətləndirirlər. Uzun illər ərzində beynəlxalq təşkilatların diqqətindən kənarda qalması isə faciənin hüquqi-siyasi müstəvidə tanınmasını əngəlləyib.

Bəylik Bağı hadisələri: Şuşada psixoloji terrorun simvolu

1992-93-cü illərdə Şuşa şəhərinin işğalından sonra şəhərdə qalan azərbaycanlı mülki əhali sistemli zorakılıqlarla üzləşib. Bu zorakılıqların ən ağır epizodlarından biri Bəylik Bağı adlanan ərazidə baş verən hadisələrdir.

Şahidlərin ifadələrinə görə, azərbaycanlı mülki şəxslər burada toplanaraq işgəncələrə məruz qalıb, bəziləri isə yerindəcə qətlə yetirilib. Ayrı-ayrı hallarda insanların ictimai şəkildə güllələndiyi, meyitlərin təhqir edildiyi bildirilir. Bu addımlar təkcə fiziki məhv məqsədi daşımayıb, eyni zamanda şəhərdə qalan əhalini qorxutmaq və bölgəni tərk etməyə məcbur etmək üçün psixoloji terror vasitəsi kimi istifadə olunub. Girov götürülənlərdən içərisində 8-i uşaq olmaqla 23 nəfəri ermənilər tərəfindən güllələnib.

Bəylik Bağı hadisələri Şuşada azərbaycanlılara qarşı aparılan zorakılıqların və etnik təmizləmə siyasətinin simvoluna çevrilib. Uzun müddət bu faktlar əsasən şahid ifadələri səviyyəsində qalsa da, son illər mövzu ilə bağlı araşdırmaların sayı artmaqdadır.

Ortaq cəhətlər və unudulmuş həqiqətlər

Hər iki hadisəni birləşdirən əsas məqam mülki əhalinin hədəf alınması və zorakılığın sistemli xarakter daşımasıdır. Kəlbəcər Tuneli və Bəylik Bağı hadisələri Birinci Qarabağ müharibəsi zamanı baş vermiş digər faciələr kimi, beynəlxalq səviyyədə yetərincə tanınmayıb.

Araşdırmaçılar hesab edirlər ki, bu hadisələrin daha dərindən sənədləşdirilməsi və beynəlxalq hüquqi müstəviyə çıxarılması həm tarixi ədalətin bərpası, həm də gələcək nəsillər üçün obyektiv yaddaşın formalaşdırılması baxımından vacibdir.

İndi Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi və burada ermənilər tərəfindən hadisələrin etirafı gələcəkdə məsələnin qlobal səviyyədə tanınmasına kömək edəcək.

Facebook WhatsApp Telegram Twitter Share

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 19 Dekabr 2025 17:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see650

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see280

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see247

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see245

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see220

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see207

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see202

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see173

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see171

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see169

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see162

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see156

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see148

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see147

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see145

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see144

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see141

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see141

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see140

Ruslar ancaq “slavyan mənşəli” kirayəşinlər axtarırılar

01 Fevral 2026 20:38see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri