Araz marketdə tarixi dəyişdirilmiş məhsul satıldı; hamilə qadının halı pisləşdi İDDİA FOTO
Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Araz” supermarketdən alınan məhsulla bağlı sosial şəbəkələrdə məlumat paylaşılıb. Avtosfer.az xəbər verir ki, bir müştəri iyulun 10-da “Araz” marketin Elşən Süleymanov küçəsində yerləşən filialından holland və saçaq pendiri aldığını bildirib. Onun sözlərinə görə, aldığı holland pendiri xarab çıxıb. Bundan sonra müəyyən şübhələr yaranıb. O, saçaq pendirinin üzərindəki qablaşdırma tarixini göstərən etiketi çıxararkən, altında daha əvvəlki – 17 iyun tarixi yazılmış köhnə bir etiketin olduğunu aşkar edib. Müştəri iddia edir ki, saçaq pendirinin tarixini dəfələrlə dəyişərək satışa çıxarıblar. Həmçinin qeyd edir ki, saçaq pendirindən hamilə qadın istifadə etdikdən sonra halı pisləşib. Bu isə məhsulun keyfiyyəti və təhlükəsizliyi ilə bağlı ciddi narahatlıq doğurub.
Sözügedən paylaşımı təqdim edirik.
Fərid


Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 17 İyul 2025 14:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















