Araz Musayev Ərdoğanla Şanlıurfada görüşdü FOTO
Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Muay Thai Federasiyasının prezidenti, “Furqanoğlu Dəmir Yumruq” layihəsinin rəhbəri Araz Musayev Şanlıurfada keçirilən TEKNOFEST çərçivəsində Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb.
Redaktor.az xəbər verir ki, 30 sentyabr–4 oktyabr tarixlərində Şanlıurfada keçirilən TEKNOFEST-də iştirak edən Araz Musayev tədbir çərçivəsində Prezident Rəcəb Tayyib Ərdoğanla səmimi münasibət şəraitində görüşüb. Tribunadan aşağı düşərkən Prezident Ərdoğanla ilk görüşən şəxslərdən biri olan Araz Musayev onunla qısa söhbət edib.
Görüş zamanı Araz Musayev TEKNOFEST-in əhəmiyyətindən, tədbirdə hər il iştirak etməsindən və Azərbaycan-Türkiyə qardaşlığının müxtəlif sahələrdə, o cümlədən texnologiya və idmanda daha da güclənməsinin vacibliyindən danışıb.
Araz Musayev Prezident Rəcəb Tayyib Ərdoğana göstərdiyi diqqət və xüsusi münasibətə görə təşəkkürünü ifadə edib. O, həmçinin Türkiyədə müalicə aldığı dövrdə Türkiyə dövlətinin onun müalicəsi ilə bağlı göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib. Araz Musayevin sözlərinə görə, həmin ağır dövrdə Türkiyə Respublikasının dövlət qurumları onun müalicəsi ilə bağlı xərcləri öz üzərinə götürüb və iki cərrahi əməliyyatın həyata keçirilməsində dəstək göstərib.
Görüş zamanı Araz Musayev Prezident Ərdoğana olan dərin hörmət və minnətdarlığını ifadə edərək onun əlini öpüb.
Araz Musayev bildirib ki, bu görüş onun üçün xüsusi əhəmiyyət daşıyır: “Türkiyə mənim üçün qardaş ölkədir. Çətin və ağır günlərimdə Türkiyə dövlətinin göstərdiyi diqqət və dəstəyi heç vaxt unutmayacağam. Cənab Prezident Rəcəb Tayyib Ərdoğana göstərdiyi doğma münasibətə və diqqətə görə bir daha təşəkkürümü bildirirəm. Azərbaycan-Türkiyə qardaşlığı daim yaşasın!”.
Araz Musayev TEKNOFEST-in ilk illərindən etibarən tədbirdə iştirak etdiyini və “Furqanoğlu Dəmir Yumruq” adı ilə bu böyük texnologiya platformasına dəstəyini davam etdirəcəyini vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 04 Oktyabr 2026 13:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















