Icma.az
close
up
RU
Araz Naxçıvan ın qələbə həsrəti yeddi oyuna çatdı

Araz Naxçıvan ın qələbə həsrəti yeddi oyuna çatdı

Icma.az, Footbal-plus saytına istinadən bildirir.

Araz-Naxçıvan - Şamaxı 1:1 (1:0)
12. Kristian Avram - 5,5
34. Urfan Abbasov - 5,5
2. Slavik Alxasov - 5,5
6. Vadim Abdullayev (k) - 5,5
7. Ülvi İsgəndərov - 5,5
29. Vanderson Melo - 6,0
17. İssuf Paro - 5,0
23. Nuno Rodriges - 5,0
(21. Sezar Meza Kolli, 83) - qiymətsiz
4. İqor Ribeyro - 5,0
10. Bernardo Dias - 6,5
(8. Karlos Jatoba, 71) - 5,0
9. Əyyub Allaş - 5,0
Ehtiyat oyunçular
94. Tərlan Əhmədli
26. Ömər Buludov
22. Elçin Mustafayev
20. Turan Vəlizadə
11. Bayraməli Qurbanov
71. Sənan Ağalarov
16. Ramon Maçado
Baş məşqçi: Elmar Baxşıyev
Komandanın ən yaxşısı: Bernardo Dias
1. Rikardo Fernandes - 6,0
17. Rafael Məhərrəmli (k) - 6,5
6. Rauf Rüstəmli - 5,5
(23. Murad Vəliyev, 76) - qiymətsiz
82. Rüfət Abbasov - 6,0
(14. Vüsal Məsimov, 86) - qiymətsiz
24. Edqar Adilxanov - 5,0
(33. Alfons Msanqa, 46) - 5,0
12. Maykl Tuik - 6,0
32. Vasiliye Radenoviç - 5,5
93. Brahim Konate - 5,0
30. Andrey Tırkovyanu - 6,0
(5. Arsen Ağcabəyov, 90+3) - qiymətsiz
3. Vladislav Veremeyev - 5,0
(18. Cəlal Hüseynov, 46) - 7,0
66. Vasiliye Bakiç - 5,5
Ehtiyat oyunçular
85. Kamal Bayramov
62. Abdulla Seydəhmədov
60. Səbayıl Bağırov
19. Fəxri Məmmədli
Baş məşqçi: Ayxan Abbasov
Komandanın ən yaxşısı: Cəlal Hüseynov
Qollar: B.Dias, 39 (1:0, V.Melo). C.Hüseynov, 68 (1:1, R.Məhərrəmli).
Vərəqələr: B.Konate, 76 (qeyri-idman hərəkəti). R.Fernandes, 90+5 (oyunun bərpasının ləngidilməsi) - sarı.
Hakimlər: RAUF CABBAROV, Eyyub İbrahimov, Şirməmməd Məmmədov, Kamran Əliyev (hamısı Bakı).
VAR hakimi: İnqilab Məmmədov (Bakı).
VAR hakiminin köməkçisi: Namiq Hüseynov (Bakı).
Hakim-inspektor: Ramil Diniyev (Bakı).
AFFA nümayəndəsi: Kifayət Mustafayeva (Bakı).
14 mart. Bakı. "Liv Bona Dea Arena". 80 tamaşaçı (6500 yerlik).
Birinci hissəyə 1, ikinci hissəyə 6 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
Əlbəttə, "Araz-Naxçıvan"ın yeganə hədəfi altı oyuna çatan qələbə həsrətindən xilas olmaq idi. Amma komandanın lideri Felipe Santos cəzalıdısa, Ramon Maçado start heyətində yoxdusa, nə etmək olar?

Qış fasiləsindən sonra keçirdiyi oyunların yalnız birində qələbə qazanan “qırmızı-ağlar” bu dəfə də bacarmadı. Hesabı “Araz-Naxçıvan” açsa da, 6 xallıq oyunda "Səbail"i, çox çətin sınaqda "Sabah"ı məğlub edən "Şamaxı" bu dəfə də iddialı rəqibin qapısına yol tapdı və Muxtar Respublika təmsilçisinin arzusuna çatmasına imkan vermədi. Beləcə Elmar Baxşıyevin komandasının qələbə həsrəti 7 matça çatdı. Ayxan Abbasovun komandası isə şamaxılı azarkeşləri xoşbəxtliyə qərq etdi. O başqa məsələ ki, matçın nəinki ilk dəqiqələri, 1-ci hissəsi meydan sahiblərinin aşkar üstünlüyü şəraitində keçdi. Artıq 6-ci dəqiqədə Vadim uzaq məsafədən bəxtini sınasa da, top tirin üstündən keçdi. Hətta "qırmızı-ağlar" 8-ci dəqiqədə topu qapıdan keçirməyə də müvəffəq oldu. Dəqiq desək, rəqib müdafiəçilərin məsuliyyətsiz yanaşmasından yararlanan Ülvi Urfanın ötürməsindən maksimum faydalandı. Sadəcə, hücumun qurulma anında ofsaydın qeydə alınması naxçıvanlıların qol sevincini ürəyində qoydu.
"Şamaxı"nın yaratdığı ilk təhlükəli vəziyyət isə 33-cü dəqiqəyə təsadüf etdi. Qapıya ilk zərbəni Rüfət endirsə də, Avram "çərçivə"ni məharətlə qorudu. Meydanda qalan top Konateyə çatdı ki, fransalı ardıcıl iki cəhddə istəyinə çata bilmədi. Birincidə Urfan "kürə"ni boş qapıdan uzaqlaşdırdısa, ikincidə orta sahə oyunçusu qeyri-dəqiq oynadı. Hesab 39-cu dəqiqədə açıldı. Belə ki, Melo düşünülmüş aşırma fəndiylə topu 4 şamaxılının üzərindən cərimə meydançasına göndərdi. Burda səhnəyə çıxan Dias da eyni fənddən istifadə etdi ki, qapıçıyla təkbətək mübarizədən qalib ayrılmasına heç nə mane ola bilmədi. Komandaların qalan dəqiqələrdə hücuma çıxmaqda çətinlik çəkməsi hesabın fasiləyə qədər dəyişməməsiylə nəticələndi.
İkinci hissədə rolların dəyişdiyini desək, yanılmarıq. Ona görə ki, üstünlüyü ələ almağa çalışan "Şamaxı" ardıcıl hücumlarla hesabı bərabərləşdirə bildi. Düzdü, qonaqlar buna hələ 49-cu dəqiqədə nail ola bilərdi. Lakin Rüfət Tırkovyanunun cərimə meydançasına göndərdiyi topu tora qovuşdurmaq əvəzinə qeyri-dəqiq oynadı.
Tırkovyanunun növbəti düşünülmüş ötürməsini boşa verən komanda yoldaşı isə Msanqa oldu. Daha doğrusu, mövqeyini vaxtında tərk edən Avram komandasını qoldan xilas etdi. Moldovalı 64-cü dəqiqədə daha bir seyvə imza atdı: qolkiper Tuikin fərqlənməsinə imkan vermədi. Topun bu dəfə də meydanda qalması "Araz-Naxçıvan" üçün təhlükə yaratdı ki, Vadim "çərçivə"ni nişan almağa hazırlaşan Msanqanı zərərsizləşdirdi. Hər halda, tutarlı hücumları sıralayan "şirlər" qol istəyinə çatdı. Ayxan Abbasovun ikinci hissənin əvvəlində meydana buraxdığı Camal 68-ci dəqiqədə Rafaelin künc zərbəsindən göndərdiyi topu başla tora qovuşdurdu. Düzdü, bu qolun sayılıb-sayılmadığı haqda qərarı öyrənmək üçün 4 dəqiqə gözləməli olduq. Lakin Ülvinin 72-ci dəqiqədə vurduğu qolun sayılmayacağını dərhal anladıq. Çünki o, Slavikin ötürdüyü topu qəbul edəndə ofsaydda idi. Belədə laysmanın bayrağı dərhal havaya qalxdı. Ülvinin 75-ci dəqiqəyə təsadüf edən cəhdi isə qeyri-dəqiqlik üzündən nəticəsiz qaldı. Bir qədər sonra yenidən irəli atılan "Şamaxı" hesabda önə keçə bilərdi ki, Tırkovyanu dirəyi "nişan aldı".
Naxçıvanlılar qalan vaxtda qapıçı istisna olmaqla tam heyətlə rəqibin müdafiə xəttini yarmağa çalışsa da, qələbə qolunu vurmağa müvəffəq olmadı. Belədə avrokuboklara yollanmaq hədəfi üçün yaranan təhlükə bir qədər də artdı. "Şamaxı" isə premyer-liqada qalmaq məqsədinə çatmaq üzrədi. Təbii ki, belə davam etsə...
Gözdən qaçmadı
* Tribunalarda yalnız sıravi azarkeşlər əyləşmişdi ki, komandalara hansısa dəstəyin göstərilməsində rol oynamadılar. Sokrat boş yerə deməyib ki, danış, görüm kimsən...
* Ayxan Abbasov ilk dəqiqələrdən hakimin qərarlarına etiraz edirdi. Nəhayət, səbri daşan Rauf Cabbarov 45-ci dəqiqədə ona sarı vərəqə göstərdi.
KƏNAN BAHADIR

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:339
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 18 Mart 2025 00:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see463

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see368

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see357

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see356

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see332

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see327

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see284

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see266

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see262

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see248

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see242

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see238

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see236

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see234

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see226

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see221

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see217

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see209

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see197

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri