Icma.az
close
up
RU
Araz Naxçıvan Sabah finalının olmaq ehtimalı çoxdur MÜSAHİBƏ

Araz Naxçıvan Sabah finalının olmaq ehtimalı çoxdur MÜSAHİBƏ

Sportal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanlı futbol mütəxəssisi Adil Şükürov Sportal.az saytına müsahibə verib.

- "Qarabağ"ın ölkə kubokunun yarımfinal mərhələsinin ilk görüşündə "Araz-Naxçıvan"a uduzması sizin üçün gözlənilməz idi, yoxsa bu cür hesab ehtimal edirdiz? "Qarabağ"ın bu görüşdə zəif görünməsi nə ilə əlaqədardır?

- Adətən klublar kubok oyunlarına fərqli hazırlaşır. Kubok oyunları iki oyundan ibarət olur və birinci oyunda qazanılan nəticə hansısa komandaya az da olsa, üstünlük qazandırır. Amma bu üstünlük hardasa simvolik xarakter daşıyır. Ev-səfər qolunun üstünlüyü götürüldükdən sonra demək olar ki, minimalhesablı qalibiyyət cavab oyununda bərabərlik kimi qəbul edilir. Üstəlik, rəqib “Qarabağ” kimi təcrübəli komandadır. “Araz-Naxçıvan” – “Qarabağ” oyununa baxdıqda görürük ki, hesabdan savayı demək olar ki, bütün statistik göstəricilər “Qarabağ”ın xeyrinədir.

- Bundan əvvəlki çempionat matçında bu iki komandanın görüşü olduqca gərgin alınmışdı. Sizcə, həmin oyunun kubok görüşünə təsiri oldu?

- Bu komandaların məşqçiləri yetərincə məsuliyyətli və öz işlərinin peşəkarlarıdır. Bu cür gərginlikləri qarşıdakı oyunlara keçirməzlər. Məncə, bizi maraqlı cavab oyunu gözləyir.

- Necə düşünürsüz, cavab görüşündə "Qarabağ" "come back" edə biləcək, yoxsa "Araz-Naxçıvan" finala çıxmağa daha yaxındır?

- Qeyd etdiyim kimi, əksər statistik göstəricilər “Qarabağ”ın xeyrinədir. Amma kubok oyunları öz fərdiliyi ilə fərqlənir. Bəzən heç kimin gözləmədiyi nəticələr qeydə alınır. Xatırlayırsız, “Kəpəz” Birinci divizionda çıxış edərkən “Sabah”ı kubok yarışından kənarlaşdırmışdı. Ona görə bu komandaların mübarizəsi maraqlı olacaq .

- Kubokun yarımfinal mərhələsinin digər matçı “Neftçi” və "Sabah" komandaları arasında keçirildi. Hər iki komanda üçün kubok görüşü avrokuboklara yollanmaq baxımından sanki son şansdır. İlk görüşdə "Neftçi"nin uğursuz nəticəsini nə ilə bağlayırsız?

- "Neftçi" – “Sabah” oyununu stadiondan canlı izlədim. Bu oyunda “Sabah” kollektivi daha istəkli idi. Amma burada da birinci oyun öz gərginliyi ilə diqqət çəkdi. Oyunun son 10 dəqiqəsini “Neftçi” azlıqda keçirdi. Amma yenə də hücum qurmağa çalışırdı. Bunun üçün də bir neçə şans əldə etdi. Yuri Matias cərimə zərbəsindən ötürülən topu başla qapıya dəqiq vura bilsəydi, cavab oyunu bərabərliklə başlayacaqdı. Amma “Sabah” kollektivinin səfər də qalib gəlməsi cavab oyunöncəsi motivasiya olaraq komandaya öz təsirini göstərəcək.

- Finalın adı necə olacaq?

- “Araz-Naxçıvan” – “Sabah” finalının olmaq ehtimalı çoxdur.

Mirbağırağa
 

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:207
embedMənbə:https://sportal.az
archiveBu xəbər 03 Aprel 2025 19:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see469

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see353

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see296

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see284

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see253

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see250

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see246

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see240

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see230

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see226

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see225

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see221

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see216

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see207

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see207

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see204

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see196

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see195

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see192

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri