Icma.az
close
up
RU
“Araz Naxçıvan”ın baş məşqçisi: Çempionlar Liqasında hədəf qrup lideri olmaqdır

“Araz Naxçıvan”ın baş məşqçisi: Çempionlar Liqasında hədəf qrup lideri olmaqdır

Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək “Araz-Naxçıvan” futzal klubunun qarşısına ilkin mərhələdə yer aldığı qrupu lider kimi başa vurmaq hədəfi qoyulub.

İdman.biz xəbər verir ki, bunu “Report”a açıqlamasında son ölkə çempionunun baş məşqçisi Yevgeni Kukseviç bildirib.

Rusiyalı mütəxəssis başqa nəticənin onlar üçün uğursuz hesab olunacağını söyləyib: “Qrupu lider kimi başa vurmaq qarşımıza qoyulan vəzifədir. Heç bir başqa nəticəyə köklənməmişik. Lider kimi növbəti mərhələyə adlamaq istəyirik. İkinci yeri tutsaq, bu bizim üçün uğursuz nəticə kimi qiymətləndiriləcək. Nə mən, nə köməkçilərim, nə də komanda ikinci yer haqqında düşünür”.

Baş məşqçi avqustun 2-dən komanda şəklində məşqlərə başladıqlarını qeyd edib: “UEFA Çempionlar Liqasının ilkin mərhələsinə hazırlıq prosesi artıq başlayıb. İyunun 23-dən Bakıda olan yerli futzalçılar yüngül məşqlərə başlamışdılar. Avqustun 2-dən isə Bakı şəhərində yerləşən otellərdən birində məskunlaşmışıq və komanda şəklində gündə iki dəfə olmaqla məşqlər keçirik. Bütün oyunçular tibbi müayinədən keçiblər”.

Baş məşqçi rəhbərliyin kollektivdə yaxşı ab-hava yaratdığını vurğulayıb: “Mən gəldiyim gündən komandada yaxşı ab-hava var. Rəhbərliyə təşəkkür edirəm ki, belə atmosfer yarada biliblər. Bu baxımdan mənə böyük kömək göstərilir. Hərtərəfli dəstək verirlər və istədiyim şəraiti yaradırlar ki, təlim-məşq prosesi lazımi şəkildə keçsin. Yeni qoşulanlar da komandaya rəng qatıblar və hazırda dostluq, ailə münasibətləri hökm sürür”.

Kukseviç texniki-taktiki məşqlərə kökləndiklərini bildirib: “Hazırda komandada yerli və mənimlə birlikdə gəlmiş köməkçi məşqçilər var. Məşqlərimizin daha səmərəli olması üçün bunlar vacibdir. Yükümün bir az azalması daha çox texniki-taktiki məsələlərə köklənməyimə yardım göstərir. Bu səbəbdən klub rəhbərliyinə minnətdarlığımı bildirirəm. Sizə də təşəkkür edirəm ki, komandanın durumu ilə daim maraqlanırsınız”.

Qeyd edək ki, “Araz-Naxçıvan” UEFA Çempionlar Liqasının ilkin mərhələsində F qrupunda yer alıb. Naxçıvan klubu avqustun 27-də Şimali İrlandiyanın “Sparta" (Belfast), ertəsi gün Şotlandiyanın PYF, avqustun 30-da isə Avstriyanın “Ljuti” komandaları ilə qarşılaşacaq.

Bu qrupun oyunları Avstriyada keçiriləcək. Reqlamentə əsasən, yalnız qrup qalibi əsas mərhələyə yüksələcək.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 09 Avqust 2025 18:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see415

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see278

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see277

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see275

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see261

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see257

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see243

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see237

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see234

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see212

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see202

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see197

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see196

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see192

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see191

Hər şeyi qazanmaq və ən yaxşı olmaq istəyirəm Barselona nın futbolçusu

02 Noyabr 2026 23:34see191

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see183

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see168

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see168

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri