“Araz Naxçıvan”ın prezidenti komandanın problemlərini açıqladı
Icma.az, Idman.biz portalına istinadən məlumat verir.
“İlk dövrədə qələbə qazana biləcəyimiz oyunlar var idi. Sadəcə, üstünlüyümüzü qoruya bilmədik. Öz səhvlərimiz səbəbindən ilk dövrəni qələbəsiz başa vurduq. Qapımızda çox bəsit qollar görürük”.
Bu sözləri “Araz-Naxçıvan” futbol komandasını prezidenti Ceyhun Sultanov deyib.
Sultanov Misli Premyer Liqasının ilk dövrəsində komandasının çıxışını dəyərləndirərək müdafiədəki problemlərə diqqət çəkib.
“Bu, diqqətsizlikdən irəli gəlir. Müdafiə zamanı tam diqqətli oynamırıq və rəqib də bundan istifadə edir. Qol vurub, eyni zamanda qol buraxırıqsa, deməli, müdafiədə problemimiz var. Bunu aradan qaldırmalı və buraxdığımız səhvlər üzərində işləməliyik. Zədəlilərimizin də sayı çoxdur. Bizim kimi komandalar üçün hətta bir futbolçunun belə sıradan çıxması problem yaradır. Hazırda beş-altı oyunçumuz zədəlidir. Bu da komandaya müəyyən çətinliklər yaradır. Buraxdığımız səhvləri aradan qaldırmaq və müdafiədə oyunumuzu yaxşılaşdırmağımız lazımdı. Bu iş isə məşqçilər heyətinin üzərinə düşür”, - deyə o sport24.az-a açıqlamasında bildirib.
Qeyd edək ki, “Araz-Naxçıvan” Misli Premyer Liqasında 11 turdan sonra dörd xalla sonuncu - 12-ci pillədə qərarlaşıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 09 Noyabr 2026 14:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















