Icma.az
close
up
RU
“Araz sahilində doğan günəş” tamaşası Bakı şəhərində Akademik Rus Dram Teatrında nümayiş olunub Doğru Xəbərlər

“Araz sahilində doğan günəş” tamaşası Bakı şəhərində Akademik Rus Dram Teatrında nümayiş olunub Doğru Xəbərlər

Icma.az xəbər verir, Dogru.az saytına əsaslanaraq.

Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyinə həsr olunmuş “Araz sahilində doğan günəş” tamaşası Bakı şəhərində Akademik Rus Dram Teatrında nümayiş olunub.

Doğru.az  xəbər verir ki, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi, şair-dramaturq Həsənəli Eyvazlının qələmə aldığı “Araz sahilində doğan günəş” dramı əsasında hazırlanan eyniadlı səhnə əsəri tamaşaçılara təqdim olunub.
Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı Səlahiyyətli Nümayəndəsinin müavini Samir Seyidəhmədli, Azərbaycan Respublikasının tanınmış incəsənət xadimləri, ictimaiyyət nümayəndələri tamaşanı izləyiblər.

“Araz sahilində doğan günəş” tamaşası ötən əsrin əvvələrindən regionda,eləcə də ölkəmizdə baş verən ictimai, siyasi hadisələr, muxtariyyətin qazanılması uğrunda aparılan mübarizədən bəhs edir.

Tamaşanın quruluşçu rejissoru Mir Qabil Əkbərov, quruluşcu rəssamı Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Səyyad Bayramovdur. Tamaşada xalq artistləri-Rza Xudiyev (Tağı Səfiyev), Rövşən Hüseynov (Kərbəlayi Kərəm), Həsən Ağasoy (Bağır kişi), əməkdar artistlər-Əli Əliyev (Nəriman Nərimanov),Behruz Haxverdiyev (İbrahim Əbilov), Vidadi Rəcəbli (Veysəl bəy), Əbülfəz İmanov(Çiçerin), Nazlı Hüseynquliyeva (Müşkünaz arvad), Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Səməd Canbaxşiyev (Mustafa Kamal Paşa), Uğur Nəsirli (Mirzə Davud Hüseynov), Məmməd Mehdiyev (Behbud ağa Şahtaxtinski),Ələsgər Quliyev(Stalin),Anar Eyvazov (Yusif Kamal bəy) və digər aktyorlar rol alıb.

Tamaşa Ümummilli lider Heydər Əliyevin Naxçıvanın muxtariyyəti ilə bağlı səsləndirdiyi tarixi fikirləri ilə sona çatıb.
Qeyd edək ki, səhnə əsəri Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə dair Tədbirlər Planı”na əsasən hazırlanıb

DOĞRU.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://dogru.az
archiveBu xəbər 24 Dekabr 2024 09:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see243

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see206

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see197

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see191

Qızılın bahalaşması 2026 cı ildə də davam edəcək PROQNOZ

22 Oktyabr 2025 17:09see176

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see167

Türkiyəli alim Botanika İnstitutunda elmi seminar keçirib

22 Oktyabr 2025 16:01see154

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see150

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see139

VK sədri Dünya Məktəbinin şagirdləri ilə görüşüb FOTOLAR

22 Oktyabr 2025 10:52see133

Özünü maşın vurub öldürdü, xəbəri alan atasının da ürəyi dayandı Foto

22 Oktyabr 2025 07:17see133

Tramp etmədi, Orbanın da fikri yoxdur Putinlə bağlı məsələyə reaksiya

22 Oktyabr 2025 12:18see132

170 saylı marşrutda tıxac kabusu: Daşıyıcı şirkət açıqlama verdi

22 Oktyabr 2025 23:38see127

Ştutqart la oyundan öncə Fənərbaxça da 4 itki

22 Oktyabr 2025 20:14see127

Azərbaycan Mərkəzi Bankı qızılın bahalaşmaqda davam edəcəyini gözləyir

22 Oktyabr 2025 14:42see127

Dünyanın ən sürətli BYD superkarı yeni rekorda imza atıb...

23 Oktyabr 2025 00:16see127

İcmal büdcənin gəlirləri 36 mlrd. manata yaxınlaşıb

22 Oktyabr 2025 14:41see125

TRAMP İSRAİLİ HƏDƏLƏDİ “Mən ərəb ölkələrinə söz vermişəm...”

23 Oktyabr 2025 17:40see123

İlk qadın gəmi kapitanı ekranda

23 Oktyabr 2025 10:17see123

“İranda ailə qalmaqalı siyasi böhranı alovlandırdı: hakimiyyət həm daxili, həm də xarici düşmən axtarır“ İsrail mətbuatı

22 Oktyabr 2025 19:33see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri