Icma.az
close
up
RU
® “Araz” supermarketlər şəbəkəsi 15 illiyini qeyd edir

® “Araz” supermarketlər şəbəkəsi 15 illiyini qeyd edir

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Veysəloğlu Şirkətlər Qrupu”na daxil olan “Araz” supermarketlər şəbəkəsi fəaliyyətə başlamasının 15 illiyini qeyd edir. 15 il ərzində “Araz” ölkənin aparıcı pərakəndə ticarət şəbəkələrindən birinə çevrilərək, geniş mağaza şəbəkəsi, minlərlə əməkdaşı və sosial məsuliyyətli fəaliyyəti ilə tanınıb.

Fəaliyyətə başladığı ilk gündən müştəri məmnuniyyətini əsas prioritet kimi müəyyən edən “Araz” supermarketlər şəbəkəsi bu gün ölkə üzrə 300-dən çox mağaza ilə müştərilərinə xidmət edir. Şəbəkənin 13 mindən artıq əməkdaşı müasir pərakəndə ticarət standartlarına uyğun fəaliyyət göstərməklə yanaşı, keyfiyyətli və əlçatan məhsulların istehlakçılara təqdim olunmasını təmin edir. “Araz” supermarketlər şəbəkəsi paytaxtla yanaşı regionları da əhatə edir, eyni zamanda, işğaldan azad edilən ərazilərdə fəaliyyət göstərən filialları ilə Böyük Qayıdış prosesinə töhfə verir.

“Araz” supermarketlər şəbəkəsinin inkişaf strategiyasında insan kapitalı mühüm yer tutur. Şirkət əməkdaşların peşəkar və şəxsi inkişafına yönəlmiş təlim proqramları, karyera imkanları və güclü korporativ dəyərlər sistemi vasitəsilə dayanıqlı inkişaf modelini formalaşdırıb.

15 illik fəaliyyəti dövründə “Araz” supermarketlər şəbəkəsi sosial məsuliyyət, təhsil, gənclərin inkişafı, ekologiya və milli dəyərlərin təbliği istiqamətində çoxsaylı layihələr həyata keçirib. Şirkətin fəaliyyəti müxtəlif yerli və beynəlxalq qurumlar tərəfindən mükafatlarla qiymətləndirilib.

Yubiley ili çərçivəsində “Araz” supermarketlər şəbəkəsi korporativ inkişafının yeni mərhələsini simvolizə edən 15 illik yubiley loqosunu təqdim edib. Yeni loqo “Araz” brendinin formalaşmış dəyərlərini, 15 illik təcrübəsini və gələcəyə yönəlmiş inkişaf vizyonunu əks etdirir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:238
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Yanvar 2026 10:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri