Icma.az
close
up
RU
“ArchiCO Engineering Company”dən ŞİKAYƏTƏ CAVAB

“ArchiCO Engineering Company”dən ŞİKAYƏTƏ CAVAB

Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.

Daha öncə xəbər verdiyimiz kimi, paytaxtın Nəsimi rayonu ərazisində yerləşən “Evim Residence” yaşayış kompleksi ilə bağlı vətəndaş Ülvi Fətullayevin şikayəti olub. İddiaya əsasən, mənzillərin satışı ilə məşğul olan “ArchiCO Engineering Company” vətəndaşa satılan mənzili daha sonra yenidən satışa çıxarıb.

Məsələ ilə əlaqədar, “Evim Residence” yaşayış kompleksindən “Yeni Sabah”a verilən açıqlamada bildirildi ki, hadisə ilə bağlı “ArchiCO Engineering Company” şirkətinə məlumat verilib:

“Belə bir hadisə olub. Lakin biz sadəcə marketinq şirkətiyik. Bu barədə “ArchiCO Engineering Company” şirkətinə məlumat verilib. Biz sadəcə olaraq, müştərilərə mənzillərin qiyməti, sahəsi və digər parametrlərlə bağlı məlumat veririk. Alqı-satqı prosesi isə birbaşa olaraq tikintini həyata keçirən “ArchiCO Engineering Company” şirkəti ilə müştəri arasında aparılır”. pizza hut

Məsələ ilə bağlı tikintini həyata keçirən “ArchiCO Engineering Company” şirkətinin hüquqşünas Araz Mahmudov isə bildirib ki, vətəndaşın iddiası səsləndiyi kimi deyil:

“ArchiCO Engineering Company” şirkəti həmin vətəndaşla hər hansı bir müqavilə təsdiqləməyib. Müqavilə birtərəfli imzalanmışdı və vətəndaş bizə tələsik ödəniş vermişdi. Biz ona etiraz etdik, bildirdik ki, qoy müqavilə təsdiqlənsin. “Evim Residence” yaşayış kompleksində bir neçə bina var. Vətəndaşın almaq istədiyi mənzilin yerləşdiyi D blokunun inşası ləngidiyi üçün, ödənişi geri götürməsini xahiş etdik. İlk ödəniş kimi təqdim olunan 70 min manat məbləğ vətəndaşın hesabına köçürülüb. Razılaşmayan adam öz hesabını verib, bu məbləği qəbul etməzdi. Düz deyil? Özü də başa düşdü ki, sözügedən blokun tikintisi uzanır. İndi isə həmin şəxsin bunu qeyri-obyektiv formada çatdırması başadüşülən deyil”.

Nazim Hacıyev


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:194
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 22 Sentyabr 2025 16:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see568

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see519

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see388

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see386

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see283

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see263

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see254

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see234

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see230

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see227

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see226

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see214

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see210

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see206

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see206

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see204

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see197

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see196

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see194

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri