“ArchiCO Engineering Company” və “Doppelmayr Seilbahnen G.m.b.H” şirkəti arasında müqavilə imzalandı
Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Prezident İlham Əliyev tərəfindən mayın 27-si təməli qoyulmuş “Laçın Kanat Yolları” nın layihələndirilməsi və tikintisi “ArchiCO Engineering Company” tərəfindən həyata keçirilir.
“Qafqazinfo” xəbər verir ki, şirkət bununla bağlı yeni müqavilə imzalayıb.
Avstriyanın “Doppelmayr Seilbahnen G.m.b.H” şirkəti ilə avadanlıqların alışı ilə bağlı müqavilə imzalayan “ArchiCO Engineering Company” nin bu, Azərbaycanda inşa edəcəyi 11-ci kanat xətti layihəsidir.
Azərbaycanın aparıcı şirkətlərindən olan “ArchiCO Engineering Company” hal-hazırda Ruminiya, Özbəkistan və İraqda rəsmi olaraq fəaliyyət göstərir.
Şirkət Azərbaycandan kənarda, dağ-xizək turizmi sənayesi üzrə, kanat yollarının və süni qaryaratma sistemlərinin layihələndirilməsi və tikintisini, həmçinin su və kanalizasiya sistemlərinin yenidənqurulması sahəsində uğurlu layihələr həyata keçirir.
Xatırladaq ki, “ArchiCO Engineering Company” ölkəmizdə “Bakı Zooloji Parkı”, “Şahdağ Turizm Kompleksi”, “Neftlə çirklənmiş torpaqların bərpası” kimi bir çox layihələrin icrasını uğurla tamamlayıb.


