Icma.az
close
up
RU
Ard arda artan kütləvi zəhərlənmələr Buna görə kim məsuliyyət daşıyır?

Ard arda artan kütləvi zəhərlənmələr Buna görə kim məsuliyyət daşıyır?

Azxeber.com saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ölkənin müxtəlif bölgələrində zəhərlənmə halları qeydə alınıb. Kürdəmir rayonunda toy məclisində baş verən hadisə ilə bağlı "Günəş” restoranının fəaliyyəti araşdırma yekunlaşanadək məhdudlaşdırılıb. Gəncədə məktəb bufetindən alınan şirniyyatdan beş şagirdin, Sumqayıtda isə 36 nömrəli məktəbdə 14 şagirdin zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib. 


Qısa müddət ərzində ölkənin müxtəlif bölgələrində bir neçə zəhərlənmə hadisəsinin baş verməsi narahatlıq doğurur. Bəs bu hadisələrin səbəbi nədir?


Qida eksperti Fərid Səfərov AZXEBER.COM-a açıqlamasında deyib ki, belə hallarda ən çox rast gəlinən pozuntulardan biri temperatur rejiminə əməl edilməməsidir:

"Restoran və xüsusilə toy mərasimlərində qida zəhərlənmələrinin əsas səbəbləri adətən bir qaydanın deyil, qidanın hazırlanması, saxlanması və təqdim olunmasının müxtəlif mərhələlərində yol verilən səhvlərin birgə təsiridir. Ən çox rast gəlinən pozuntulardan biri temperatur rejiminə əməl edilməməsidir. Bişmiş yeməklərin otaq temperaturunda uzun müddət saxlanılması, soyudulmuş məhsulların kifayət qədər aşağı temperaturda qorunmaması və isti təqdim edilməli yeməklərin lazımi temperaturda saxlanmaması mikroorqanizmlərin sürətlə çoxalmasına şərait yaradır.

İkinci mühüm məsələ çiy və hazır qidaların bir-biri ilə təmas etməsidir. Çiy ət, toyuq, yumurta və digər məhsullardan mikroorqanizmlər bıçaq, doğrama taxtası, qab-qacaq və iş səthləri vasitəsilə artıq bişmiş və istifadəyə hazır qidalara keçə bilər. Buna görə mətbəxdə çiy və hazır məhsulların ayrı saxlanılması, müxtəlif avadanlıq və inventardan düzgün istifadə olunması çox vacibdir”.

O qeyd edib ki, digər risk qidanın kifayət qədər istilik emalından keçməməsidir:

"Digər risk qidanın kifayət qədər istilik emalından keçməməsidir. Xüsusilə ət, toyuq, yumurta və çoxkomponentli yeməklər tam bişirilmədikdə Salmonella, Campylobacter, bəzi E. coli ştammları və digər patogenlər insan orqanizminə keçə bilər. Eyni zamanda, bişmiş yeməyin sonradan düzgün soyudulmaması da təhlükəlidir. Böyük həcmdə hazırlanan düyü, salatlar, ət yeməkləri və digər məhsulların tədricən soyuması bəzi bakteriyaların çoxalması üçün əlverişli şərait yarada bilər. Toylarda riskin artmasının başqa səbəbi qidanın böyük həcmdə, əvvəlcədən hazırlanması və uzun müddət ərzində çoxsaylı insanlara təqdim edilməsidir. Burada vaxt-temperatur rejiminə nəzarət xüsusilə vacibdir. Bundan başqa, işçi heyətin şəxsi gigiyenasına əməl etməməsi, əllərin düzgün yuyulmaması, xəstə işçinin qida ilə təmasda olması, mətbəxin və avadanlıqların lazımi səviyyədə təmizlənməməsi də zəhərlənmə riskini artırır. İçməli və texnoloji suyun təhlükəsizliyi də ayrıca nəzarətdə saxlanılmalıdır”.

Qida eksperti bildirib ki, payız aylarında isə qida zəhərlənmələrinin səbəbləri bir qədər genişlənir:

"Payız aylarında isə qida zəhərlənmələrinin səbəbləri bir qədər genişlənir. Havaların soyuması ilə insanlar bəzi qidaları daha uzun müddət saxlayır, ev şəraitində mürəbbə, turşu, konserv və digər məhsulların hazırlanması artır. Bu məhsullar düzgün sterilizasiya edilmədikdə və ya uyğun şəraitdə saxlanılmadıqda ciddi risk yarada bilər. Xüsusilə evdə hazırlanmış konservlər botulizm baxımından təhlükəli ola bilər. Payızın əvvəlində havaların hələ isti keçməsi də nəzərə alınmalıdır. İnsanlar temperaturun aşağı düşdüyünü düşünərək qidaları əvvəlki kimi soyuducuda saxlamaya və ya hazır yeməkləri uzun müddət otaq temperaturunda saxlaya bilərlər. Halbuki mikroorqanizmlərin inkişafı üçün əlverişli temperatur şəraiti müəyyən müddət davam edə bilər”.

"Ona görə restoran və şadlıq saraylarında əsas prinsip yalnız məhsulun keyfiyyətinə nəzarət deyil, bütün qida zəncirinə – məhsulun qəbulundan başlayaraq saxlanılması, hazırlanması, bişirilməsi, soyudulması və süfrəyə təqdim edilməsinə qədər – nəzarət etməkdir. Kürdəmirdəki hadisənin konkret səbəbi isə yalnız rəsmi epidemioloji araşdırmanın və laborator nəticələrin yekunu əsasında müəyyən edilə bilər; təkcə hadisənin baş verdiyi məkan və ya menyuya əsaslanaraq konkret qidanı səbəb göstərmək düzgün olmaz”,-deyə qida eksperti bildirib.

Şahanə Ziyad

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 02 Oktyabr 2026 14:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see364

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see341

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see330

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see275

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see274

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see252

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see239

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see239

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see234

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see234

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see224

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see222

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see218

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see208

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see207

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see207

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see190

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see188

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see187

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri