Icma.az
close
up
RU
Arda Gülər dünya çempionatında iştirak edə biləcəkmi?

Arda Gülər dünya çempionatında iştirak edə biləcəkmi?

Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Məlum olduğu kimi dünən Arda Gülərin zədə üzündən mövsümü başa vurması haqda xəbərlər gəldi.

"Football-plus.az" xəbər verir ki, əvvəlcə ''Real'' türkiyəli ulduzun əzələ zədəsi ilə bağlı rəsmi məlumat verdi. Sonra isə Fabritsio Romano Ardanın bu mövsüm bir daha meydana çıxa bilməyəcəyini açıqladı.
Türkiyə mətbuatının yazdığına inansaq, Türkiyə yığmasının baş məşqçisi Vinçentso Montella bu xəbərin ardından dərhal Ardaya zəng vurub. İtaliyalı mütəxəssis aparıcı futbolçusunun durumu ilə yaxından maraqlanıb və ona təsəlli verib. Təbii ki, türkiyəli futbolsevərləri indi maraqlandıran əsas məsələ 21 yaşlı futbolçunun dünya çempionatına qədər sağalıb-sağalmayacağıdı.
İddialara inansaq, Türkiyə yığmasının tibbi personalı ''Real''ın həkimlərinə zəng vuraraq onlardan Ardanın dizinin analizinin cavablarını tələb ediblər. Yığmanın həkimləri futbolçunun durumunu incələdikdən sonra onun mundialda iştirak edə biləcəyi qənaətinə gəliblər. Amma böyük ehtimalla Arda ''ay-ulduzlular''ın DÇ ərəfəsində keçirəcəyi hər iki yoxlama oyununu buraxmalı olacaq. Montellanın onun səhhəti ilə bağlı riskə gedəcəyi gözlənilmir.
Qeyd edək ki, Arda indiyə qədər yığmanın heyətində iştirak etdiyi 28 qarşılaşmada aktivinə 6 qol, 7 məhsuldar ötürmə yazıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:276
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 25 Aprel 2026 00:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see358

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see338

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see338

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see335

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see290

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see280

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see268

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see266

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see260

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see259

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see242

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see224

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see220

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see214

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see213

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see201

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see198

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see196

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see195

Səhiyyə üçün 9 milyona yaxın vəsait ayrılır

30 Oktyabr 2026 17:31see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri