Arda Güler karyerasını harada davam etdirəcək?
Icma.az, Fanat portalına istinadən məlumat yayır.
"Real Madrid"in türkiyəli ulduzu Arda Gülerin "kral klubu"ndakı gələcəyi böyük sual altına düşüb.
Fanat.Az xəbər verir ki, Madrid təmsilçisinin yay transfer pəncərəsində atdığı gedişlər və heyətdəki sıxlıq gənc pleymeykerin komandadan ayrılma ehtimalını ciddi şəkildə gündəmə gətirib.
"Real Madrid" artıq Bernardu Silvanı heyətinə qatıb və gənc istedad Niko Pazı geri qaytarmaq üzrədir. Eyni zamanda, Brahim Diazın son dərəcə formada olması və baş məşqçi Joze Mourinyunun Mastantuononu komandada dəyərləndirmək istəyi Ardanın əsas heyət şanslarını minimuma endirir.
"Real"ın digər ulduz Maykl Oliseni də transfer etmək istədiyini nəzərə alsaq, klubun gələn cəlbedici təklifləri dəyərləndirəcəyi gözlənilir.
Hazırda İngiltərə Premyer Liqası klublarının radarına düşən Arda Güler üçün Madrid klubunun 100 milyon avroluq təklif qarşılığında transferə yaşıl işıq yandıracağı iddia olunur.
Kamil Xudiyev
Baxış sayı:102
Bu xəbər 26 İyun 2026 23:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















