Respublikaçılar Heqsetə qarşı impiçmentin qarşısını ala biliblər
Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
ABŞ demokratları çərşənbə axşamı günü Nümayəndələr Palatasında müdafiə naziri Pit Heqsetin impiçmenti məsələsini qaldırıblar. Lakin respublikaçılar İrana qarşı müharibə ilə bağlı günahlandırılan nazirin impiçmentini bloklamağa nail olublar.
Məlumatı “Euronews” verib.
Nümayəndələr Palatası impiçment haqqında qətnaməni Məhkəmə Komitəsinə göndərmək üçün lazımi səsləri toplaya bilməyib (211 üzv lehinə, 204 üzv isə əleyhinə səs verib). Bu, prezident Donald Trampa partiyasının ara seçkilərdəki sarsıdıcı məğlubiyyətindən bir neçə gün sonra qələbə qazandırıb. Demokratlar və bəzi respublikaçılar çərşənbə günü Heqsetə qarşı rəsmi ittihamların irəli sürülməsinə yol açacaq səsvermə keçirməyə ümid edirdilər.
Qətnamə Trampın tənqidçisi, Kentukki ştatından olan respublikaçı Tomas Massi tərəfindən təqdim edilib.
Respublikaçılar hazırda Nümayəndələr Palatasında çoxluğa malikdirlər, lakin yanvar ayında Demokratların Konqresin hər iki palatasına nəzarəti ələ keçirməsi zaman vəziyyət dəyişəcək.
P.ƏMİRCANOV
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 11 Noyabr 2026 11:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















