Icma.az
close
up
RU
ARDNF in aktivləri artıb

ARDNF in aktivləri artıb

Icma.az, Reyting.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bildirir ki, 2025-ci il mart ayının 31-nə ARDNF-nin aktivləri 2024-cü ilin sonuna (60 031,4 milyon ABŞ dolları) nisbətən 4,5% artaraq 62 740,2 milyon ABŞ dolları təşkil edib.
Reyting.az
xəbər verir ki, bu barədə ARDNGF məlumat yayıb.
Bildirilib ki, 2025-ci ilin yanvar-mart ayları ərzində ARDNF-nin büdcə gəlirləri 3 249,2 milyon manat, büdcə xərcləri isə 3 643,3 milyon manat olub.
2025-ci ilin yanvar-mart ayları ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 3 017,2 milyon manat, o cümlədən, mənfəət neftinin və qazın satışından 2 251,9 milyon manat, bonus ödənişləri və tranzit gəlirləri 765,3 milyon manat təşkil etmişdir. Qeyd edək ki, sözügedən dövr ərzində ARDNF-yə AÇG yatağından 2 001,6 milyon manat, Şahdəniz yatağından isə 181,9 milyon manat məbləğində vəsait daxil olmuşdur.
Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlir 232,0 mln manat olmuşdur.Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar gəliri hesabat dövrü üzrə 4 999,0 milyon manat təşkil etmişdir. Hesabat dövrü ərzində ARDNF-nin 2025-ci il büdcəsinin icrası çərçivəsində 3 620,3 milyon manat vəsait dövlət büdcəsinə transfert edilmişdir. 2025-cü ilin yanvar-mart aylarında “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşməsinə 1,1 milyon manat, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” nın maliyyələşməsinə isə 14,9 milyon manat yönəldilmişdir. Sözügedən dövrdə, ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 7,0 milyon manat təşkil etmişdir.
Məlumat üçün qeyd edək ki, ARDNF tərəfindən 2025-ci ilin yanvar-mart ayları ərzində Azərbaycan Respublikası Mərkəzi Bankının iştirakı ilə həyata keçirilən hərraclarda 2 420,6 milyon ABŞ dolları məbləğində vəsait satılmışdır.
2025 – ci ilin birinci rübündə ARDNF – nin aktivlərində müşahidə olunan artım əsasən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər və büdcədənkənar gəlirlər hesabına formalaşmışdır.
Sözügedən rübdə inflyasiyanın tədricən zəifləməsi və digər müsbət makroiqtisadi göstəricilər sabit gəlirli qiymətli kağızlar bazarında gəlirlilik tələblərinin azalmasına səbəb olmuşdur ki, bu da öz növbəsində Fondun borc öhdəlikləri altportfelində müsbət qiymət dəyişikliyi ilə müşayiət olunmuşdur.
Son dövrlərdə dünyada gedən gərgin iqtisadi münasibətlər fonunda beynəlxalq ticarətdə tətbiq olunan sərt tənzimləmələr səhm bazarında qeyri-müəyyənlik yaratmaqla ilin əvvəlindən müşahidə olunan qiymət artımı tendensiyasının tədricən öz yerini yenidən qiymətləndirmə itkilərinə verməsinə səbəb olmuşdur. Belə ki, rübün sonuna doğru qlobal bazarlarda geriləmələr əsasən ABŞ səhm indeksləri hesabına olsa da, son ayda Avropa səhmlərində də neqativ tendensiya müşahidə olunmuşdur.
2024-cü ildən etibarən qızıl qiymətlərində müşahidə olunan artım tendensiyası 2025-ci ilin ilk rübündə də davam etmişdir. Belə ki,geosiyasi gərginliklər fonunda qızıl qiymətləri cari ildə yenidən tarixi rekord səviyyələrinə çatmışdır. Bu əsasda hesabat dövrü ərzində ARDNF – nin qızıl altportfelində əhəmiyyətli büdcədənkənar gəlir formalaşmışdır.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:153
embedMənbə:https://reyting.az
archiveBu xəbər 17 Aprel 2025 15:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see679

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see371

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see227

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see209

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see182

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see181

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see178

İnfrastruktur quruldu, növbə biznesindir: Qarabağda hansı sahələr daha çox qazandırır?

01 Oktyabr 2026 21:16see177

Bayden iqtisadiyyatı çökdürüb Tramp

01 Oktyabr 2026 18:12see175

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see171

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see171

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see170

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see170

İranla bağlı Trampdan növbəti açıqlama

02 Oktyabr 2026 00:09see169

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see165

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see165

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see160

Tramp administrasiyası 250 mindən çox vizanı ləğv etdi

01 Oktyabr 2026 20:59see159

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see157

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri