Argentina Prezidenti səhnəyə çıxıb, Netanyahu üçün mahnı oxudu VİDEO
Icma.az bildirir, Bizim media portalına istinadən.
Argentina prezidenti Xavyer Miley İsrailin Müstəqillik Günü münasibətilə keçiriləcək mərasimin baş məşqi zamanı gözlənilmədən səhnəyə çıxaraq diqqət mərkəzinə düşüb.
Bizim.Media xəbər verir ki, mərasimdə məşəl yandırmaq üçün məşqə qatılan Miley proqram çərçivəsində onun şərəfinə daxil edilən “Libre” (“Azad”) mahnısını ifa edən sənətçilərə qoşulub və mahnını özü səsləndirib.
Planlaşdırılmamış bu çıxış improvizə xarakteri daşıyıb.
Kadrlardan görünür ki, mərasimin rejissoru Şimon Deri bir anlıq çaşqınlıq keçirərək prezidenti nəzərdə tutulan yerə yönləndirməyə çalışıb.
Zalda prosesi izləyən İsrailin baş naziri Binyamin Netanyahu da baş verənlərə təəccübünü gizlədə bilməyib.
Qeyd edək ki, Miley bu mahnını daha əvvəl də səhnədə ifa edib. O, xüsusilə Argentinada keçirilən rok konsertində minlərlə tamaşaçı qarşısında “Libre”ni səsləndirmişdi.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:186
Bu xəbər 22 Aprel 2026 09:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















