Icma.az
close
up
RU
Argentinada transgender uşaqlar üçün hormonal terapiya qadağan edilir

Argentinada transgender uşaqlar üçün hormonal terapiya qadağan edilir

Qaynarinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Argentina prezidentinin ofisi bildirib ki, prezident Xavyer Miley yetkinlik yaşına çatmayanlar üçün cinsiyyətin dəyişdirilməsi məqsədilə aparılan müalicə və əməliyyatları qadağan etmək, həmçinin transgender qadınların qadın həbsxanalarında saxlanılmasına məhdudiyyətlər tətbiq etmək qərarına gəlib.  

Qaynarinfo bu barədə Reuters-ə istinadla xəbər verir.  

Prezidentin mətbuat katibi Manuel Adorni mətbuat konfransında bildirib ki, qadağa hormonal terapiyanı da əhatə edəcək. O qeyd edib ki, bu qərar Böyük Britaniya, İsveç, Finlandiya və ABŞ-da transgender hüquqları ilə bağlı qanunvericiliyə edilən oxşar dəyişikliklərdən sonra qəbul edilib və uşaqların psixi sağlamlığını qorumağa yönəlib.  

Agentlik vurğulayır ki, Argentina hakimiyyətinin bu açıqlaması prezident Mileyin İsveçrənin Davos şəhərindəki çıxışından sonra gəlib. Həmin çıxışda o, "feminizm, müxtəliflik, inklüzivlik, abortlar, ekoloqizm və gender ideologiyasını" tənqid edərək, bu kimi proqressiv siyasətləri "məhv edilməli olan xərçəng şişi" adlandırıb. Bunun ardınca minlərlə argentinalı LGBT+ hüquqlarını müdafiə etmək üçün etiraz aksiyasına çıxıb.  

"Prezident qanunu fərdi fərmanla dəyişdirə bilməz. Əgər o, bunu etməyə cəhd etsə, biz məhkəməyə və lazım gələrsə, Amerikaarası Məhkəməyə müraciət edəcəyik", – Argentina LGBT+ Federasiyası sosial şəbəkə X-də yayımlanan bəyanatında bildirib.  

Təşkilat həmçinin xatırladıb ki, hazırda qüvvədə olan Argentina qanunvericiliyi yetkinlik yaşına çatmayanlar üçün cinsiyyət dəyişdirmə əməliyyatlarına icazə vermir. "Ekstremal dərəcəyə çatdırılmış və uşaqlara zorla və ya psixoloji məcburiyyətlə tətbiq edilən gender ideologiyası açıq-aşkar uşaq istismarıdır", – LGBT+ Federasiyasının bəyanatında deyilir.  

Argentina prezidentinin ofisi həmçinin Mileyin fərman imzalayacağını və məhkumların cinayəti törətdikləri anda rəsmi qeydiyyatda olan cinsi kimliklərinə uyğun olaraq həbsxanalara yerləşdiriləcəyini bildirib. Bununla yanaşı, vurğulanıb ki, istənilən halda, heç bir trans qadın əgər onu cinsi cinayətlər, insan alveri və ya qadınlara qarşı zorakı cinayətlərə görə məhkum ediblərsə, qadın həbsxanasına yerləşdirilməyəcək.  

Agentlik qeyd edir ki, bu açıqlama ABŞ-da bir hakimin prezident Donald Trampın vəzifəyə gəldiyi ilk gündə imzaladığı və 16 trans qadının qadın həbsxanalarından kişi həbsxanalarına köçürülməsini və onlara gender təsdiqləyici xidmətlərin dayandırılmasını nəzərdə tutan fərmanını bloklamasından qısa müddət sonra verilib.  

Reuters xatırladır ki, ABŞ-da trans qadınların əksəriyyəti kişi həbsxanalarında saxlanılır.


Alpər

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 06 Fevral 2025 11:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see432

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see428

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see306

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see282

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see271

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see265

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see262

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see258

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see242

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see227

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see220

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see217

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see216

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see213

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see212

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see211

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see208

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see207

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see205

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri