Naxçıvanda həkim əsgər ölümünə görə həbs edildi
Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Naxçıvanda əsgərin ölümündə təqsirləndirilən həkimin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
"AzPolitika" APA-ya istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsində hakim Əziz Eminovun sədrliyi ilə keçirilən son iclasda hökm oxunub, təqsirləndirilən A.Q. 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.
Qeyd edək ki, hadisə ötən il Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda yerləşən N saylı hərbi hissədə baş verib. Əsgər S.H. diş ağrısı ilə əlaqədar tibb məntəqəsinə müraciət edib.
İttihama görə, əsgərdə "kəskin infeksion miokardit" xəstəliyinin son inkişaf mərhələsi olsa da, həkim yalnız onun ağız boşluğunu müayinə etməklə və dərman təyin etməklə kifayətlənib.
Gecə saatlarında özünü pis hiss edən əsgər ürək döyüntülərinin şiddətləndiyini əsgər yoldaşına bildirib. Səhər saatlarında şəxsi heyət həyəcan siqnalı ilə qaldırılıb. Bundan sonra əsgərin vəziyyəti daha da pisləşib. O, sanitar qovşağa getmək istəyərkən yıxılaraq vəfat edib.
Həkimə qarşı Cinayət Məcəlləsinin 342.1-1-ci (qulluq vəzifəsinə səhlənkar yanaşma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 27 Oktyabr 2026 12:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















