Icma.az
close
up
RU
Bu ərazilərdə yaşayanların diqqətinə: Milli Məclisdən yeni qərar

Bu ərazilərdə yaşayanların diqqətinə: Milli Məclisdən yeni qərar

Icma.az bildirir, Yenisabah portalına istinadən.

Milli Məclisin bugünkü plenar iclasında “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanun layihəsində və Mülki Məcəllədə dəyişiklik edilməsi barədə sənəd müzakirə olunaraq birinci oxunuşda qəbul edilib.

"Yeni Sabah" xəbər veir ki, qanunvericiliyə edilən yeni dəyişiklik Azərbaycanda metro və dəmir yolu infrastrukturunun inkişafı, eləcə də bu sahədə həyata keçirilən irimiqyaslı layihələrin vaxtında və səmərəli icrasının təmin olunması məqsədini daşıyır.

Təklif olunan dəyişikliklərə əsasən, tunellərin, o cümlədən metro tunellərinin, dəmir yolu, metropoliten və tramvay xətlərinin, stansiya və depoların tikintisi, quraşdırılması, bərpası və genişləndirilməsi üçün zəruri olan torpaq sahələri dövlət ehtiyacları üçün alınacaq. Bu adımla strateji əhəmiyyətli nəqliyyat layihələrinin maneəsiz icrası hüquqi baxımdan tam təmin edilir. pizza mizza

Qanun layihəsinin əsaslandırılmasında qeyd olunub ki, Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi məqsədilə Prezidentin 2025-ci il 30 yanvar tarixli sərəncamı ilə “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı” təsdiqlənib. Həmin Proqram çərçivəsində nəqliyyat vasitələri parklarının yenilənməsi ilə yanaşı, yeni depoların, stansiyaların və xətlərin tikintisi, mövcud infrastrukturun bərpası və təkmilləşdirilməsi nəzərdə tutulur.

Hazırlanan sənədin əsas məqsədi torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması tənzimləmələrində hüquqi mexanizmlərin daha dəqiq və birmənalı tətbiqini təmin etməkdir. Bu dəyişikliklərin metro və dəmir yolu infrastrukturunun genişləndirilməsini sürətləndirəcəyi, prosesdə hüquqi müəyyənliyi və şəffaflığı artıracağı, eyni zamanda dövlət və vətəndaş maraqlarını qanunvericilik çərçivəsində balanslaşdıracağı vurğulanır.

Qanun layihəsi parlamentdəki müzakirələrdən sonra səsverməyə çıxarılaraq birinci oxunuşda təsdiqlənib.

Nazim Hacıyev


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 27 Oktyabr 2026 12:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see370

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see318

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see313

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see285

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see284

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see267

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see265

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see262

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see257

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see247

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see247

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see245

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see236

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see231

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see228

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see224

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see222

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see218

Sabahdan hava dəhşət soyuyacaq

24 Noyabr 2026 17:39see194

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri