Argentinalı futbolçu Venesueladakı zəlzələdə ailəsini itirib
Icma.az, Sia Az portalına istinadən məlumat yayır.
Venesuelanın ikinci divizionunda çıxış edən argentinalı futbolçu Lukas Trejo ölkədə baş verən güclü zəlzələlər nəticəsində həyat yoldaşı və iki övladını itirib.
SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, "Club Sport Marítimo La Guaira" klubunun futbolçusu Lukas Trejo zəlzələdən sonra üç gün ərzində dağıntılar altında qalan həyat yoldaşı Yanina və övladları Aaron və Ainhoanı axtarıb.
Futbolçunun qaynı Rikardo Ardiles bildirib ki, Trejo ağır psixoloji sarsıntı keçirir. Onun sözlərinə görə, ailənin La Guairada yerləşən və zəlzələdən ən çox zərər çəkən ərazilərdən birində olan sahil evindən demək olar ki, heç nə qalmayıb.
Məlumata görə, 38 yaşlı Lukas Trejo zəlzələlər baş verən zaman komandasının Karakasdakı təlim düşərgəsində olub. Hadisədən xəbər tutan futbolçu dərhal La Guairadakı evinə yollanıb və dəhşətli mənzərə ilə qarşılaşıb. Binanın yerini müəyyən etməkdə çətinlik çəkib. Venesuelada baş verən güclü zəlzələlər nəticəsində 1400-dən çox insanın həlak olduğu, minlərlə şəxsin isə itkin düşdüyü bildirilir.
Lətifə Abdıyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 29 İyun 2026 12:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















