Xoreoqraf Şahar Binyamini: Azərbaycan rəqqasları çox istedadlıdırlar
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 5 noyabr, AZƏRTAC
BIAF-2026-da olduğumuz üçün çox həyəcanlıyıq və çıxışımızı böyük həvəslə gözləyirik!
Bunu tanınmış İsrail xoreoqrafı, rəqqası və rejissoru Şahar Binyamini jurnalistlərə verdiyi müsahibədə bildirib. O, “House of Dance” şirkətinin (İsrail) ifasında NEW EARTH və BOLERO X rəqs tamaşalarının başlamazdan əvvəl media nümayəndələri ilə görüşüb. Tamaşalar BIAF-2026 çərçivəsində təqdim olunur.
“Dəvətə və səmimi qarşılanmaya görə Bakı Beynəlxalq İncəsənət Festivalına təşəkkür etmək istərdik. Bu layihənin bir hissəsi olmaq bizim üçün əsl məmnuniyyətdir”, - deyə xoreoqraf vurğulayıb.
O qeyd edib ki, bu, onun Bakıya ilk səfəri deyil.
“Bakı inkişaf etməyə davam edir və mən buraya qayıtmaqdan çox məmnunam. İnsanlarını, mədəniyyətini, yeməklərini, ab-havasını sevirəm”, - deyə o, təəssüratlarını bölüşüb.
AZƏRTAC-ın müxbirinin sualını cavablandıran xoreoqraf BIAF 2026-da iştirak etmək ümidlərinin tam şəkildə gerçəkləşdiyini bildirib: “Mən səxavətli, açıqürəkli, ağıllı və savadlı insanlarla tanış olmağı, eləcə də rəqs vasitəsilə özünüifadə üçün yeni bir təcrübə qazanmağı gözləyirdim. Burada məhz bunu tapdım”.
Xüsusi seçilmiş Azərbaycan ifaçıları da BOLERO X istehsalında iştirak ediblər. Ş. Binyamini qeyd edib ki, beynəlxalq festival çərçivəsində yerli rəqqaslarla işləmək fürsətindən məmnundur.
“Onların hazırlıq prosesinin nə qədər tez getməsinə heyranam! Azərbaycan rəqqasları öz sənətlərinə həvəslidirlər və çox istedadlıdırlar. Dil əhəmiyyətli bir maneə olmaqdan çıxdığı üçün işimin dünyanın hər yerindən olan rəqqaslar üçün görüş nöqtəsinə çevrilməsindən şərəf duyuram. Xoreoqraf və rəqqas kimi, bacarıqlarımdan insanları bir araya gətirmək üçün istifadə etmək minim üçün böyük bir şərəfdir”, - deyə məşhur xoreoqraf əlavə edib.
Müəllif - Anara Axundova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 06 Noyabr 2026 21:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















