Prezidentlə şəhid anası arasında səmimi dialoq
Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər.
“Qafqazinfo”nun məlumatına görə, Prezidentlə şəhid anası arasında səmimi söhbət baş tutub.
Prezident İlham Əliyev: Allah Soltanlı uğrunda döyüşlərdə şəhid olanlara rəhmət eləsin.
Qadın sakin: Şəhid anasıyam. 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeninin sahibi Ziyadxan Əliyevin anasıyam.
Prezident İlham Əliyev: Allah rəhmət eləsin.
Qadın sakin: Necə deyim, yaşamadığımız, düşünə bilmədiyimiz bir möcüzəni Siz bizə yaşatdınız, əsgərlərimizlə, ordumuzla bərabər, xalqın birliyi ilə bərabər. İnşallah, birliyimiz pozulmasın. Allah Sizi var eləsin. Siz bizim əbədiyaşar Prezidentimizsiniz.
Prezident İlham Əliyev: Həmişə birlik olacaq, həmişə bir-birimizə arxa-dayaq olacağıq.
Qadın sakin: Bəli, həmişə arxanızdayıq, Sizi sevirik.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 06 Noyabr 2026 21:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















