Icma.az
close
up
RU
ARGTMŞ sədrinə “Gənclər üçün Prezident Mükafatı 2025” təqdim olunub

ARGTMŞ sədrinə “Gənclər üçün Prezident Mükafatı 2025” təqdim olunub

Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.

2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə keçirilən tədbirlər çərçivəsində Azərbaycan Respublikası Prezidentinin gənclərə göstərdiyi daimi diqqət və qayğısına daha bir nümunə olaraq, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) sədri Rafael Hacıbəyli “Gənclər üçün Prezident Mükafatı – 2025”ə layiq görülmüşdür. SİA xəbər verir ki, bu mükafat gənclərin fərdi inkişafına, ictimai fəallığına, innovativ layihələr reallaşdırmalarına və ümumilikdə ölkənin inkişafına verdikləri töhfəyə verilən yüksək dəyərin ifadəsidir.Azərbaycan Gəncləri Günü Ümummilli Lider Heydər Əliyevin 2 fevral 1997-ci il tarixli Sərəncamı ilə təsis edilmiş və gənclərin cəmiyyətdə daha fəal rol oynamasına dəstək vermək məqsədi daşıyır. Bu siyasət hazırda ölkə başçısı cənab İlham Əliyev tərəfindən də davam etdirilir və gənclərin sosial, mədəni, intellektual və peşəkar sahələrdə irəliləyişini təmin etməyə yönəlmiş genişmiqyaslı tədbirlərlə müşayiət olunur. “Gənclər üçün Prezident Mükafatı” belə bir dəstəyin daha bir təzahürü olaraq gənclərin yüksək nailiyyətlərini və cəmiyyətə faydalı fəaliyyətini vurğulayır.Bununla yanaşı, Gənclər və İdman Nazirliyinin təqdim etdiyi “İlin Gənci” mükafatı da gənclərin müxtəlif sahələrdə qazandıqları uğurları, könüllü fəaliyyətdəki fəallıqlarını və sosial təşəbbüskarlıqlarını dəyərləndirən önəmli bir təşəbbüsdür. Bu il “İlin Gənci” mükafatına layiq görülənlər sırasında NAYORA-nın üzv təşkilatlarının və tərəfdaş qurumların nümayəndələri – o cümlədən Qoşulmama Hərəkatı Gənclər Təşkilatının sədri Leyla Həsənova, NAYORA-nın sədr müavini Güldanə Dadaşova , Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının icraçı direktoru Sevda Mansurova, NAYORA-nın proqram meneceri Vəfa Əhmədova , Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının baş katibi Fidan Həsənova, “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin sədri Anaxanım Rzazadə, Gənclərin İnkişaf və Karyera Mərkəzinin baş mütəxəssisi Jalə Həsənova, “Avropa Gənclər Parlamenti-Azərbaycan” İctimai Birliyinin fəalı Oruc Bayramlı, və digər təşkilatların gənc təmsilçilərinin olması ölkədə gənclərin geniş fəaliyyət sahələrində göstərdiyi təşəbbüslərin yüksək qiymətləndirildiyini bir daha təsdiqləyir.Gənclər üçün yaradılan bu cür imkanlar və göstərilən diqqət onların gələcək inkişafı və dövlətin tərəqqisinə töhfələri baxımından xüsusi əhəmiyyət daşıyır. Bu əlamətdar gündə gənc nəslin potensialına inamını ifadə edən, onların müasir biliklər əldə etməsi, beynəlxalq təcrübə qazanması və millətimizə layiqli vətəndaşlar kimi yetişməsi üçün şərait yaradan bütün dövlət dəstəyinə görə ümumi minnətdarlıq hissi ifadə olunur. Gənclər siyasətinin ölkə rəhbərliyi tərəfindən prioritet elan edilməsi, onların qlobal miqyasda səs-sorağının eşidilməsinə, innovativ ideyalarını reallaşdırmasına və yeni nailiyyətlərə imza atmasına şərait yaratmaqdadır.Qazanılan bu uğurlar gələcəkdə də gənclərin öz bilik və bacarıqlarını ölkənin inkişafı naminə səfərbər edəcəyinə, milli-mənəvi dəyərlərimizə sadiq qalmaqla yeni nailiyyətlər əldə edəcəyinə ümid yaradır. Bu həm də gənclərin sosial-iqtisadi, ictimai və mədəni sferalarda fəallığını artırmaq üçün mühüm motivasiya mənbəyidir.

Müəllif: Söylü Ağazadə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:241
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 06 Fevral 2025 11:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri