Icma.az
close
up
RU
ARGTMŞ sədrinə “Gənclər üçün Prezident Mükafatı 2025” təqdim olundu

ARGTMŞ sədrinə “Gənclər üçün Prezident Mükafatı 2025” təqdim olundu

Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır.

2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə keçirilən tədbirlər çərçivəsində Azərbaycan Respublikası Prezidentinin gənclərə göstərdiyi daimi diqqət və qayğısına daha bir nümunə olaraq, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) sədri Rafael Hacıbəyli “Gənclər üçün Prezident Mükafatı – 2025”ə layiq görülmüşdür. Bu mükafat gənclərin fərdi inkişafına, ictimai fəallığına, innovativ layihələr reallaşdırmalarına və ümumilikdə ölkənin inkişafına verdikləri töhfəyə verilən yüksək dəyərin ifadəsidir.

Azərbaycan Gəncləri Günü Ümummilli Lider Heydər Əliyevin 2 fevral 1997-ci il tarixli Sərəncamı ilə təsis edilmiş və gənclərin cəmiyyətdə daha fəal rol oynamasına dəstək vermək məqsədi daşıyır. Bu siyasət hazırda ölkə başçısı cənab İlham Əliyev tərəfindən də davam etdirilir və gənclərin sosial, mədəni, intellektual və peşəkar sahələrdə irəliləyişini təmin etməyə yönəlmiş genişmiqyaslı tədbirlərlə müşayiət olunur. “Gənclər üçün Prezident Mükafatı” belə bir dəstəyin daha bir təzahürü olaraq gənclərin yüksək nailiyyətlərini və cəmiyyətə faydalı fəaliyyətini vurğulayır.

Bununla yanaşı, Gənclər və İdman Nazirliyinin təqdim etdiyi “İlin Gənci” mükafatı da gənclərin müxtəlif sahələrdə qazandıqları uğurları, könüllü fəaliyyətdəki fəallıqlarını və sosial təşəbbüskarlıqlarını dəyərləndirən önəmli bir təşəbbüsdür. Bu il “İlin Gənci” mükafatına layiq görülənlər sırasında NAYORA-nın üzv təşkilatlarının və tərəfdaş qurumların nümayəndələri – o cümlədən Qoşulmama Hərəkatı Gənclər Təşkilatının sədri Leyla Həsənova, NAYORA-nın sədr müavini Güldanə Dadaşova , Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının icraçı direktoru Sevda Mansurova, NAYORA-nın proqram meneceri Vəfa Əhmədova , Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının baş katibi Fidan Həsənova, “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin sədri Anaxanım Rzazadə, Gənclərin İnkişaf və Karyera Mərkəzinin baş mütəxəssisi Jalə Həsənova, “Avropa Gənclər Parlamenti-Azərbaycan” İctimai Birliyinin fəalı Oruc Bayramlı, və digər təşkilatların gənc təmsilçilərinin olması ölkədə gənclərin geniş fəaliyyət sahələrində göstərdiyi təşəbbüslərin yüksək qiymətləndirildiyini bir daha təsdiqləyir.

Gənclər üçün yaradılan bu cür imkanlar və göstərilən diqqət onların gələcək inkişafı və dövlətin tərəqqisinə töhfələri baxımından xüsusi əhəmiyyət daşıyır. Bu əlamətdar gündə gənc nəslin potensialına inamını ifadə edən, onların müasir biliklər əldə etməsi, beynəlxalq təcrübə qazanması və millətimizə layiqli vətəndaşlar kimi yetişməsi üçün şərait yaradan bütün dövlət dəstəyinə görə ümumi minnətdarlıq hissi ifadə olunur. Gənclər siyasətinin ölkə rəhbərliyi tərəfindən prioritet elan edilməsi, onların qlobal miqyasda səs-sorağının eşidilməsinə, innovativ ideyalarını reallaşdırmasına və yeni nailiyyətlərə imza atmasına şərait yaratmaqdadır.

Qazanılan bu uğurlar gələcəkdə də gənclərin öz bilik və bacarıqlarını ölkənin inkişafı naminə səfərbər edəcəyinə, milli-mənəvi dəyərlərimizə sadiq qalmaqla yeni nailiyyətlər əldə edəcəyinə ümid yaradır. Bu həm də gənclərin sosial-iqtisadi, ictimai və mədəni sferalarda fəallığını artırmaq üçün mühüm motivasiya mənbəyidir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:184
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 10 Fevral 2025 17:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri