Arif Əsədov: Arsen Venger dünya çempionatının təşkilatçılığından razı qalıb
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 27 oktyabr, AZƏRTAC
Arsen Venger bizimlə görüşdə öz həyatı, futbolçu və məşqçilik karyerası barədə danışdı. Ondan sonra isə müxtəlif istiqamətlərdə verilən sualları cavablandırdı. Suallar həm akademiyalar, həm də böyük komandalarda iş prinsipləri və yanaşmalarla bağlı idi. Tədbirdə klubların nümayəndələri, həmçinin milli komandaların məşqçiləri iştirak edirdilər.
Bu sözləri AZƏRTAC-a açıqlamasında FIFA-nın Qlobal Futbol İnkişafı üzrə rəhbəri Arsen Vengerin iştirakı ilə keçirilən master-klassda iştirak edən Azərbaycan millisinin sabiq baş məşqçisi Arif Əsədov deyib.
O, fransalı mütəxəssislə hər hansı mövzuda xüsusi söhbət etmədiyini bildirib: “Dünən də dünya çempionatının keçirildiyi meydançada görüşmüşdük, şəkil çəkdirdik. Amma orada hər hansı söhbət olmadı. Dünya çempionatında təşkilatçılıq yüksək səviyyədədir. Qonaq da bundan razı qalıb”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 27 Oktyabr 2026 16:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















