Naxçıvanın Bakı nümayəndəliyi buna görə ləğv edildi
Axar.az saytına istinadən Icma.az xəbər verir.
Son dövrlər Naxçıvanın idarəetmə sistemində ciddi dəyişikliklər baş verib. Belə ki, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına dəyişikliklər edilib, Prezidentin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəliyi təsis olunub və idarəetmə mexanizmində yeni modelə keçid baş verib.
Bu sözləri Axar.az-a açıqlamasında ReAL sədri Natiq Cəfərli Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyinin ləğv edilməsi ilə bağlı danışarkən deyib.
“Naxçıvanın xüsusi nümayəndəliyinin Bakıda fəaliyyət göstərməsinə artıq ehtiyac qalmayıb. Çünki hazırda muxtar respublikanın idarəçiliyi birbaşa Prezident tərəfindən təyin olunan səlahiyyətli nümayəndə vasitəsilə həyata keçirilir”, - o bildirib.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Bakıdakı nümayəndəliyinin ləğv edilməsi barədə qərar 5 noyabrda imzalanıb. Qərara əsasən, nümayəndəliyin ləğvi ilə bağlı qanunvericilikdə nəzərdə tutulan məsələlərin həlli üçün Naxçıvan İqtisadiyyat Nazirliyinə beş iş günü müddətində ləğvetmə komissiyasının yaradılması tapşırılıb. Komissiyaya İqtisadiyyat, Maliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, Dövlət Arxiv İdarəsinin və Daimi Nümayəndəliyin təmsilçiləri daxil ediləcək.
Xatırladaq ki, Naxçıvanın Bakı nümayəndəliyinə 2014-cü ildən rəhbərlik edən Bəxtiyar Əsgərov 2026-cı ilin 28 sentyabrında vəzifəsindən azad olunmuşdu. 12 oktyabrda isə onun yerinə Abbas Muxtarzadə təyin edilmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 12 Noyabr 2026 13:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















