Icma.az
close
up
RU
Menu

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

Sumqayıt ın Antalya toplanışı

İsrail bu aviabazadan personalı təxliyə edir

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

Mədəniyyət Nazirliyində “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

Arif Əsədov: Milli komandaların oyunları ilə bağlı yaranan fasilə “Neftçi”nin xeyrinə işləyə bilər

Arif Əsədov: Milli komandaların oyunları ilə bağlı yaranan fasilə “Neftçi”nin xeyrinə işləyə bilər

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 1 sentyabr, AZƏRTAC

Artıq üçüncü tur başa çatdı və demək olar ki, bu turda bir çox gözlənilməz nəticə qeydə alındı. Sürpriz nəticələr oldu. Mən əvvəlcədən də demişdim ki, ilk 4-5 turda belə qeyri-sabitlik müşahidə olunacaq. Ona görə də bu hal heç də təəccüblü deyil. Adətən çempionatın əvvəlində belə nəticələrin olması tamamilə real görünür.

Bu sözləri AZƏRTAC-a açıqlamasında UEFA-nın Bakıda keçirilən məşqçi kurslarında təlimatçı kimi çalışan Arif Əsədov Misli Premyer Liqasının III turu barədə danışarkən deyib.

Mütəxəssis “Neftçi”nin stabil oyun üslubu olmadığını bildirib: “Samir Abasovun kollektivi “Turan Tovuz”a da məğlub oldu. Komandalar “Neftçi”yə qarşı əsasən arxa xətdən oynayır və bu səbəbdən “ağ-qaralar” rəqiblərin müdafiəsini yarmaqda çətinlik çəkir. Milli komandaların oyunları ilə bağlı yaranan fasilə “Neftçi”nin xeyrinə işləyə bilər. “Turan Tovuz” isə hər zaman olduğu kimi liderlərə qarşı yaxşı oyun sərgiləyir. Bəzən səfərdə gözlənilmədən xallar itirsələr də, bu oyunda istəkli görünürdülər və qələbəni daha çox arzuladıqları üçün qalib gəldilər”.

Onun sözlərinə görə, turun sensasiyası “İmişli”nin “Sabah”ı məğlub etməsi olub: “Gözlənilməz nəticə məhz bu qarşılaşmada alındı. Düşünürəm ki, Premyer Liqaya yeni gələn komandalar daha istəkli, əzmkar oyun nümayiş etdirirlər və “İmişli” də bizləri müsbət mənada təəccübləndirir. Komandada strukturlu oyun hiss olunur. Matça baxanda da görünürdü ki, “Sabah” bu oyuna yaxşı köklənməyib. Nəticədə geri dönüş edə bilmədi. Amma dediyim kimi, çempionat hələ təzə başlayıb. Yaxın vaxtlarda hər komanda artıq öz real yerini tapacaq”.

A.Əsədov “Sumqayıt” – “Şamaxı” oyununun maraqlı alındığını söyləyib: “Hər iki komanda bərabər səviyyədədir. “Sumqayıt” isə bu mövsüm müsbət mənada təəccübləndirir. Komandada müəyyən oyun üslubu hiss olunur, yeni transferlər özlərini yaxşı tərəfdən göstərir. Matçın ədalətli nəticəsi elə heç-heçə idi”.

“Araz-Naxçıvan” – “Qəbələ” görüşü haqqında da danışan veteran futbolçu deyib: “Təbii ki, “Araz-Naxçıvan” heyət baxımından daha yaxşı futbolçulardan formalaşıb. Komanda beynəlxalq oyunlardan sonra da stabil çıxışını davam etdirir və özünəməxsus oyun üslubu görünür. Amma “Qəbələ”ni xüsusi qeyd etmək istərdim. Baş məşqçinin işini alqışlamaq lazımdır. Bəlkə də yeganə məşqçidir ki, gənc və yerli futbolçulara şans verir. Hesab edirəm ki, çempionluq uğrunda oynayan komandalar ayrı məsələ, amma orta səviyyəli klublar ən azı Azərbaycan millisini də düşünərək yerli oyunçulara şans verməlidir. Bu baxımdan “Qəbələ”nin rəhbərliyi və baş məşqçisini təqdir etmək lazımdır. Komandanın oyunu ilə bağlı onu da demək olar ki, adətən matçlara yaxşı başlayır və tez qol vurur. Amma təcrübə çatışmazlığı səbəbindən sonradan qollar buraxır. Ümumi götürsək, kollektivin çıxışında məşqçi işi hiss olunur”.

Mütəxəssis “Zirə” və “Qarabağ” komandaları barədə də fikirlərini bölüşüb: “Qarabağ” artıq məlum olduğu kimi üç cəbhədə – Çempionlar Liqası, Azərbaycan çempionatı və ölkə kubokunda mübarizə aparır. Bu səbəbdən heyətdə rotasiyalar edir. “Karvan-Yevlax”la oyunda qələbəni heç də asan qazanmadılar. Amma əsas məsələ odur ki, komanda görüşdən 3 xalla ayrıldı. “Zirə” isə inamla üç turu geridə qoydu və hazırda liderdir. Üstəlik, çoxlu qollar vurur. Hiss olunur ki, komandanın hücum potensialı artıb və bu, meydanda da gözə çarpır”.

Qeyd edək ki, 3 turdan sonra turnir cədvəlinə 7 xalla “Zirə” başçılıq edir. Eyni xallara malik “Sumqayıt” ilə “Araz-Naxçıvan” 2-ci və 3-cü yerləri bölüşürlər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 Sentyabr 2025 12:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see257

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see235

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see228

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see190

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see188

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see183

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see177

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see171

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see162

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see159

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see148

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see148

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see146

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see142

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see142

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see141

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see132

Mədəniyyət Nazirliyində “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib

14 Yanvar 2026 18:51see132

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see128

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

15 Yanvar 2026 00:29see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri